Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dini ekstremizmə qarşı mübarizə üzrə yeni qaydalar təsdiq edildi

Dini ekstremizmə qarşı mübarizə üzrə yeni qaydalar təsdiq edildi

Mədət Quliyev: “Azərbaycan təhlükəsiz, sabit ölkədir” (03 Mart 2017 13:27)
"Hegemonluq etmək istəyən dövlətlər din amilindən istifadə edirlər" (03 Mart 2017 13:05)
DQİDK-nin sədr müavini: “Daha çox yerli müəlliflərin kitablarına üstünlük verilməlidir” (03 Mart 2017 12:42)

Tarix: 28 Oktyabr 2016 14:27

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri, yol hərəkəti müvəqqəti məhdudlaşdırıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında", "Elektronika haqqında", "Su təchizatı haqqında", Telekommunikasiya haqqında" və "Yol hərəkəti haqqında" qanunlara dəyişikliklər edilməsi müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmənin qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri, yol hərəkəti müvəqqəti məhdudlaşdırıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az


Teqlər:  Dini ekstremizmə qarşı mübarizə üzrə yeni qaydalar təsdiq edildi



RƏYLƏR


Top xəbərlər