Siyavuş Novruzov nəzir pullarının hara xərcləndiyini açıqladı

Siyavuş Novruzov nəzir pullarının hara xərcləndiyini açıqladı
14:28 28 Oktyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında nəzir qutularına toplanan vəsaitlərin hara xərclənilməsi ilə bağlı gündəmə gətirilən məsələyə münasibət bildirib.

Publika.az xəbər verir ki, YAP-çı deputat nəzir qutularına istənilən səviyyədə vəsait toplanmadığını söyləyib:

“Birincisi, nəzir qutularına o qədər də vəsait toplanmır. Bu pullar isə Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlətdən maliyyələşmir. Qafqaz Müsəlmanları İdarəsi də bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir”.

Azərbaycanda dini icmaların fəaliyyətinə toxunanan S.Novruzov bildirib ki, 719 dini icma qeydiyyatdan keçib:

“Hələ keçməyən nə qədər icma da var. Hansı icma ekstremist fəaliyyət göstərəcəksə, dərhal bağlanacaq. Bu gün kimsə evlərdə bu cür fəaliyyətlə məşğul olur. Biz elə iş aparmalıyıq ki, onların fəaliyyəti dayandırılsın”.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc çıxışı zamanı nəzir qutularından yığılan pulların şəffaf xərclənilməsi məsələsini qaldırıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR