Bakıda beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək

Bakıda beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək
14:37 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə noyabrın 22-24-də "Baku Expo Center"də "RecExpo II Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.
“Report” xəbər verir ki, sərgi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün əhəmiyyətli bir platforma hesab edilir.
Sərgidə 10 müxtəlif ölkədən - Azərbaycan, Tükiyə, BƏƏ, Rusiya, İspaniya, Portuqaliya, Xorvatiya, Macarıstan, Gürcüstan və Şimali Kipr Türk Respublikasından olan onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda peşəkar bir məkanda toplayacaq.
Azərbaycan daşinmaz əmlak sektorunun ən önəmli şirkətlərindən olan “Baku White City”, “Xəyal Adası”, “Dreamland”, “AAF Park”, “AF Holding”, “Şərur İnşaat”, “Kristal Abşeron”, “Azinko” və “Yeni Həyat” sərginin önəmli iştirakçılarındandır. Sərgi çərçivəsində noyabrın 23-də “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.
İştirakçı siyahısına daşınmaz əmlak sektorunun inkişafında mühüm rolu olan yerli, xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Eyni zamanda, sərgi görüş, əməkdaşlıq, iş birliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq.
Azərbaycan, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi, beynəlxalq prestijli satış agentlərinin yer alacağı “RecExpo II” iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar, dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək.
Qeyd edək ki, “Report” İnformasiya Agentliyi sərginin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/bakida-beynelxalq-dasinmaz-emlak-ve-investisiya-sergisi-kecirilecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR