Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kılıcdaroğlu: “Türkiyə bölünəcək, vətəndaş müharibəsi olacaq”

Kılıcdaroğlu: “Türkiyə bölünəcək, vətəndaş müharibəsi olacaq”

Date: 28 October 2016 14:38

“Ərdoğanla problemimiz yoxdur, amma prezident üsul-idarəçiliyi olsa, Türkiyə bölünər”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasınının (CHP) sədri Kamal Kılıcdaroğlu “Habertürk” telekanalının efirində deyib.

“Türkiyəni atəşə atmaq, bölünmə nöqtəsinə gətirmək istəyirlərsə “bəli” səsini verə bilərlər. Türkiyə bölünə bilər. Siyasi quruluş tamamilə dəyişəcək. Biz Türkiyənin birliyi və bütövlüyünü düşünürük. Bizim hakimiyyətlə problemimiz yoxdur. Xalq bu ölkənin birliyini, bütövlüyünü, gələcəyini düşünməzmi? Türkiyənin gələcəyini əhəmiyyət verən hər kəs oturub düşünməlidir. Xalq vətəndaş müharibəsinin, yoxsa sülhün tərəfdarıdır?” – partiya sədri söyləyib.

Qeyd edək ki, Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağlı yeni Konstitusiyası üzrə referendum 2017-ci ilin aprelində keçirilə bilər. Bunu ötən həftə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıçı deyib.

Ömər Dağlı


Tags:  Kılıcdaroğlu Türkiyə bölünəcək vətəndaş müharibəsi olacaq

RƏYLƏR


Top news