Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

UNEC Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı genişləndirir

UNEC Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı genişləndirir

Date: 28 October 2016 14:39

Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri Stefani Düfo (Stefanie Dufaux) ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə UNEC ilə DAAD arasında əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. DAAD ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən UNEC rektoru “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin reallaşdırılmasında Alman Akademik Mübadilə Xidmətinin böyük rolu olduğunu qeyd edib.

Xanım Stefani Düfo DAAD ilə sıx əməkdaşlıq edən ali məktəblər arasında UNEC-in aparıcı yerlərdə olduğunu qeyd edərək, bu əməkdaşlığın universitetə böyük fayda verəcəyini vurğulayıb.

Görüşdə DAAD ilə birgə yay və qış məktəblərinin təşkili, təlimlərin, seminarların, müsabiqələrin keçirilməsi, UNEC-in alim və doktorantının Almaniya universitetlərində tədqiqat təcrübəsinin təşkili, birgə magistratura proqramının hazırlanması, Azərbaycan və Almaniyanın müxtəlif şirkətlərində təcrübələrin təşkili və digər mözular ətrafında fikir mübadiləsi aparılıb.

Ə.Muradovun UNEC ilə Almaniya universitetləri arasında arasında birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, bu sahədə layihə və ikili diplom proqramlarının hazırlanması, Almaniyanın nüfuzlu universitetlərindən professor-müəllim heyətinin UNEC-ə cəlb edilməsi, DAAD əməkdaşlarının UNEC-in doktorant, dissertant, magistr və bakalavr pilləsində təhsil alan gəncləri üçün mütəmadi təqdimatların keçirilməsi, universitetdə fəaliyyət göstərən əlilliyi olan tələbələr üçün mərkəzlə Almaniyanın eyni adlı mərkəzləri və universitetləri ilə əməkdaşlığın qurulması ilə bağlı təklifləri müsbət qarşılanıb. UNEC-in bütün sahələrdə potensialının yüksək olduğunu bildirən Stefani Düfo təmsil etdiyi qurumun qeyd edilən layihələrə dəstək olacağını qeyd edib.

Qeyd edək ki, “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinə uyğun olaraq UNEC-in bir müəllimi və on tələbəsi Almaniyanın Siegen universitetində təşkil edilən Qış Məktəbində (Winter School) iştirak edirlər. Layihə 2016-2019-cu illəri əhatə edəcək.





Tags:  UNEC Alman Akademik Mübadilə Xidməti əməkdaşlığı genişləndirir



RƏYLƏR


Top news