Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Messi: "Ardanın niyə çağırılmadığını bilmirəm"

Messi: "Ardanın niyə çağırılmadığını bilmirəm"

Date: 28 October 2016 14:47

"Barselona"nın futbolçusu Lionel Messi komanda yoldaşı Arda Turan haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, türk yarımmüdafiəçinin komanda üçün önəmli oyunçu olduğunu deyib:

"Hamımız onun xüsusi futbolçu olduğunu bilirik. Elə məhz buna görə "Barselona" Ardanı transfer etdi. O, fərqli mövqelərdə oynayaraq komandaya kömək edir. 6 ay futbol oynamadığı vaxt Arda üçün çətin oldu. Ancaq bu dönəmdən yaxşı keçdi".

Argentinalı hücumçu bildirib ki, A.Turan "Barselona"da "Atletiko"da etdiklərindən artığını edəcək:

"Arda mövsümə yaxşı başlayıb. Həm qollar vurur, həm də qol ötürmələri verir. O bəzən mənim, Neymarın, bəzən də Rakitiç və İnyestanın mövqeyində oynayır. Bu isə hər kəsin edə biləcəyi bir şey deyil. Ardanın bizə qazanacağımız uğurlara böyük köməyi olacaq".

L.Messi Ardanın Türkiyə millisinə çağırılmamağına da münasibət bildirib:

"Onun niyə milliyə çağırılmadığını bilmirəm. Ümid edirəm ki, qısa zamanda ölkəsi üçün oynamaq şansını qazanacaq".

Milli.Az


Tags:  Messi Ardanın niyə çağırılmadığını bilmirəm

RƏYLƏR


Top news