Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə salınıb

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə salınıb

Date: 28 October 2016 14:52

Bakı. 28 oktyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana bu ilin noyabr ayına planlaşdıran səfəri təxirə salınıb. 
Bu barədə "Report"a AŞPA həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda bildirib.
Ş.Şennaxın sözlərinə görə, səfərin tarixi həmməruzəçilərin iş qrafiki ilə əlaqədar dəyişdirilib. 
S.F.Preda bildirib ki, həmməruzəçilərin Azərbaycana səfəri yanvar ayında baş tuta bilər. O bildirib ki, dekabr ayının 11-də Rumıniya parlamentinə namizədliyini irəli sürməyə hazırlaşır. 
Qeyd edək ki, o, Rumıniya parlamentinə seçilmədiyi təqdirdə AŞPA deputatı mandatından da məhrum olacaq. 

Tags:  AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə salınıb

RƏYLƏR


Top news