200 azarkeşə ömürlük qadağa

200 azarkeşə ömürlük qadağa
14:52 28 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

"Vest Hem Yunayted" İngiltərə Liqa Kubokunda "Çelsi" ilə oyunda (2:1) qarışıqlıqda iştirak edən azarkeşlərə qarşı sərt tədbirlər görmək fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "çəkicdöyənlər" 200 azarkeşə "Olympic" stadionuna girişə qadağa qoyacaqlar. "Vest Hem Yunayted" onların klubun imicinə zərbə vurduğunu əsas gətirib.

Qeyd edək ki, sözügedən oyun zamanı azarkeşlər oturacaqları qoparıb qarşı tərəfə atmışdılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR