Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni məmurun gözqamaşdıran sərvəti: Villalar, maşınlar...

Erməni məmurun gözqamaşdıran sərvəti: Villalar, maşınlar...

Date: 28 October 2016 14:52

Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin yeni rəhbəri Vardan Arutyunyanın malik olduğu sərvət ölkədə hamını şoka salıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, yeni komitə rəhbərinin rəsmi olaraq iki villası, üç mənzili və 12 torpaq sahəsi var. 

Bundan əlavə, onun "RANGE ROVER 4.4 L V9 2.2" "MERCEDES-BENZ S 500 2.3" və "УАЗ 469" markalı avtomobilləri var. Arutyunyan bəyannaməsində 309 milyon 300 min dram dəyərində səhmlərinin olduğunu göstərib. 

Yeni Komitə rəhbərinin qiyməti 8 milyon dramdan çox olan bir neçə qol saatı diqqət çəkib. Hazırda subay olan komitə sədrinin 45 milyon 43 min dram, 54,105 dollar və 110 avro pulu var.

O, "Qazprom Ermənistan" şirkətinin icraçı direktoru olduğu vaxt 9 ay ərzində 123 milyon 80 min dram gəlir əldə edib. 

Milli.Az


Tags:  Erməni məmurun gözqamaşdıran sərvəti Villalar maşınlar

RƏYLƏR


Top news