Fuad Poladovun VİDA SÖZÜ - ÖZƏL

Fuad Poladovun VİDA SÖZÜ - ÖZƏL
14:58 28 Oktyabr 2016
67 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fuad Poladov son tamaşasından öncə son sözünü deyib.

Publika.az-a özəl açıqlamasında aktyor qərarırnda qəti oldğunu bildirib:“Məşqləri indi bitirdim. Bu axşam tamaşada oynaycam. Amma teatra qayıtmaq söhbəti olmayacaq. Yaşımın o çağı deyil ki, gündə bir qərar verim”.

Xalq artist onu dəstəkləyən hər kəsə minnətdarlığını ifadə edib: “Məni dəstəkləyən, məni sevən hər kəsə minnətdarlığımı ifadə edirəm. Ömrüm boyu onlar üçün çalışmışam, bu sevgiyə görə hər birini bağrıma basıram”.

Qeyd evək ki, Teatırdan Primetime.az-a verilən özəl açıqlamada bildirilib ki, bütün məsələlərə aydınlıq gətirilməsi üçün rəhbərliklə Fuad Poladovun görüşü keçiriləcək: "Bu gün teatrda Fuad Poladovun iştirakı ilə axşamkı tamaşanın məşqi olacaq. Son günlər danışılan söhbətlərə aydınlıq gətirmək üçün Fuad Poladovla teatrın rəhbərliyi görüşəcək. Milli Dram Teatrından son və rəsmi açıqlama bu söhbətdən sonra veriləcək. Akademik Milli Dram Teatrın rəhbərliyi mətbuatı nigaran qoymayacaq. Son qərar jurnalistlərə açıqlanacaq".

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR