Manaf Ağayev məhkəmədə ifadə verdi

Manaf Ağayev məhkəmədə ifadə verdi
15:03 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid Reyhan Xəlilov ifadə verib.

O, İ.Qasımovun rəhbərlik etdiyi “Real” MTK-ya Nərimanov rayonu ərazisində mənzilini satan şəxslərdən olduğunu bildirib. R.Xəlilov həmin evlərin yerləşdiyi ərazini İ.Qasımov bina tikmək üçün aldığını deyib. Onun sözlərinə görə, 70,5 kvadratmetr olan evini “Real” MTK-ya 141 min manata satıb: "Həmin ev satışından İlham Qasımov mənə əlavə olaraq 25 min manat verdi".

Məhkəmə prosesində R.Xəlilova evini 141 min manata satmağına baxmayaraq, müqavilədə mənzilin alınması üçün ödənilən məbləğ 762 min manat olduğu məlum olub. O, bundan xəbərsiz olduğunu bildirib.

Digər şahid R.Xəlilovun qardaşı Eyvaz Xəlilov dindirilib. Həmin şəxs də bacısının ifadəsinə oxşar ifadə verib.

Daha sonra şahid qismində “Real” MTK-nın baş mühasibi Ədilağa Hüseynov dindirilib. O, 2012-ci ildən şirkətdə çalışdığını, zərərçəkmiş, şair Gülağa Tənhanın (Qəmbərov) İ.Qasımovla şərik olduğunu qeyd edib. Onun sözlərinə görə, İ.Qasımov “Real” MTK-dakı payını Gülağa Tənhaya satıb. Nərimanov rayonu ərazisində alınan evlərin köçürülməsi haqda danışan Ə.Hüseynov həmin mənzillərin qiymətləndirilməsindən xəbərinin olmadığını vurğulayıb. O, “Real” MTK-nın direktoru olmuş Sahib Cahangirlinin dedikləri əsasında sənədləşdirmə işlərinin aparıldığını deyib: "Mən müstəntiqin səmimiyyətinə inanıb, onun nə dedimsə yazdığını düşündüm və həmin kağızları imzaladım. Eynəyim maşında qaldığı üçün həmin yazılanları oxumadım və qol çəkdim”.

Prokuror vəsatət verərək baş mühasib Ə.Hüseynovun digər proseslərdə də iştirak etməsini istəyib. Dövlət ittihamçısı vəssatətini ifadələr zamanı çarpaz dindirilmənin vacib olması ilə əlaqələndirib. Məhkəmə vəsatəti təmin edib.

Prosesdə şahid qismində müğənni Manafa Ağayev də ifadə verib. O, təqsirləndirilən İ.Qasımovu tanıdığını bildirib. M.Ağayev dindirilən zaman bina tikilməsi üçün alınan ərazidə iki qarajının olduğunu və İ.Qasımovun bacısı oğlunun onun yanına gəldiyini vurğulayıb: "İlhamı tanıyırdım. Onun bacısı oğlu Sahib qarajların satmasını istədi. Mən də qarajı istəmədim və ona ancaq obyektlə dəyişə biləcəyimi bildirdim. Daha sonra alqı-satqı olmadı. Qarajların sənədləri yoxdur. Onları çoxdan almışdım".

Zərərçəkmiş Gülağa Tənhanın köməkçisi işlədiyini deyən T.Bünyatzadə ifadəsində 2010-cu ildən şairin Bakıdakı bəzi işlərinə kömək etdiyini qeyd edib. Onun sözlərinı görə, Gülağa Tənha İ.Qasımova 19.5 milyon manat verərəkən orada olub. T.Bünyatzadə pulun hansı məqsədlə və nəyə xərclənməsi üçün verilməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmənin növbəti prosesi noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.

Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ. Qasımova 19,5 milyon dollar verdiyini deyib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünənin və bu günün məşhur imzaları - REPORTAJ

22 İyul 2017 18:59

FHN-in xilasediciləri 3 nəfəri ölümdən qurtardı

22 İyul 2017 18:54

"Bavariya"in bütün oyunlarına biletlər satıldı

22 İyul 2017 18:52

Şabranda "Mercedes" aşdı - 6 nəfər xəsarət aldı

22 İyul 2017 18:48

Kooperasiya Universitetində baş verən yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənib -

22 İyul 2017 18:48

Şagirdlərin çılpaq şəklini çəkən müəllim həbs edildi - FOTO

22 İyul 2017 18:42

Dənizdə batan şəxs xilas olundu

22 İyul 2017 18:33

ABŞ Venesuelaya qarşı sərt sanksiyalar hazırlayır

22 İyul 2017 18:32

“Qarabağ”ın fan şopu hazırdır

22 İyul 2017 18:32

Bakıda köşkdən telefon oğurlanıb

22 İyul 2017 18:29

ABŞ konqresi anti-Rusiya sanksiyaları ilə bağlı yeni qanun layihəsini təqdim edib

22 İyul 2017 18:27

Ebru məhkəməyə verildi - evli adamla sevgili olduğu üçün

22 İyul 2017 18:27

Şabranda maşın aşdı - Xəsarət alanlar var

22 İyul 2017 18:22

15 min manatlıq geyim və məişət əşyası oğurlayan qadınlar tutulub -

22 İyul 2017 18:19

Aslı Enverin yerinə Burakla filmə çəkilən aktrisa - FOTO

22 İyul 2017 18:17

"Sumqayıt" "Zirə"ni məğlub etdi

22 İyul 2017 18:12

Türk klubu Sloveniyadan qovuldu

22 İyul 2017 18:07

Balakəndə orta əsrlərə aid Alban məbədi tapıldı

22 İyul 2017 18:05

Azərbaycanlı məktəblilərdən olimpiada uğuru

22 İyul 2017 18:03

Bakıda qadının çantasını zorla əlindən aldılar – içində 500 manat olub

22 İyul 2017 17:59

Boyu 50 sm,gözləri böyük,dişləri uzun,ayaqları tərsinə -

22 İyul 2017 17:58

Almaniyada gəmidə işləyən azərbaycanlı mühəndis 10 000 avro məbləğində cərimələnib

22 İyul 2017 17:57

Dünyanın transfer bombası 222 milyona partlayır

22 İyul 2017 17:53

Alvaro Morata rəsmən "Çelsi" futbolçusudur

22 İyul 2017 17:52

Bakıda imtahan həyacanı: saniyələrin gün kimi uzun gəldiyi an

22 İyul 2017 17:47

"Qarabağ"ın fanşopunun ilk müştərisi - FOTO

22 İyul 2017 17:47

Milyonları ekrana bağlayan teleserialın qəhrəmanları 25 il sonra - FOTO

22 İyul 2017 17:43

Bolqarıstan KİV-də Azərbaycan Milli Mətbuat Günü münasibətilə məqalə dərc edilib

22 İyul 2017 17:42

7 ildi çempionluq üzünə həsrət qalan ən uğurlu rəqib - "Panatinaikos"

22 İyul 2017 17:42

“Real”ın yen “10 nömrəsi” müəyyənləşdi - FOTO

22 İyul 2017 17:34

Şəfaverici gücü olan 5 QOXU - Elmdə sübut olunub!

22 İyul 2017 17:33

Neymar PSJ-yə nə vaxt qoşulacaq?

22 İyul 2017 17:32

Ermənistan Avropa Məhkəməsinə şikayətlərin sayına görə birinci yerdədi

22 İyul 2017 17:32

Sevgilisi Cennifer Lopezə evlilik təklifi etdi

22 İyul 2017 17:27

Sərnişin təyyarəsi məcburi eniş etdi -

22 İyul 2017 17:25

Bakıdan Şabrana istirahətə gedən ailənin avtomobili qəzaya uğrayıb, 3-ü uşaq olmaqla 6 nəfər ağır xəsarət alıb

22 İyul 2017 17:22

"Çelsi" gənc müdafiəçisini icarəyə verdi

22 İyul 2017 17:22

Jeff Bezos yeni raket istehsalı zavodunu təqdim etdi - VİDEO

22 İyul 2017 17:17

Evdən 3200 manat oğurlayan şəxs tutuldu

22 İyul 2017 17:14

"Liverpul" heyətə şotland müdafiəçi cəlb etdi

22 İyul 2017 17:12

Bədəninizdə olan bu dəyişim hansı xəstəliyin ƏLAMƏTİDİR?

22 İyul 2017 17:08

Bakıda "Galendewagen"lə piyadanı vuraraq öldürən şəxs həbs olunub - RƏSMİ

22 İyul 2017 17:05

Rusiya Suriya ilə RAZILAŞDI

22 İyul 2017 16:58

Bukmeker kantorlarında udulmuş ən böyük məbləğlər

22 İyul 2017 16:57

Nüfuzlu banklar Avropadakı mərkəzi ofislərini Londondan çıxarır

22 İyul 2017 16:57

İlham Əliyev Misir Prezidentini təbrik edib

22 İyul 2017 16:53

Alişanın bu sözləri nişanlısını əsəbiləşdirəcək

22 İyul 2017 16:52

"Milan" "Bavariya"nı darmadağın etdi - VİDEO

22 İyul 2017 16:47

Azacıq dövlət tərbiyəniz olsun!

22 İyul 2017 16:43

"Qələbə qazanmaq motivasiyamızı artırar" - "Şerif"in qapıçısı

22 İyul 2017 16:37