"Unibank" ASC "Mobil Bank" istifadəçiləri üçün kampaniya keçirir

"Unibank" ASC "Mobil Bank" istifadəçiləri üçün kampaniya keçirir
15:07 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Unibank" ASC müştərilərinə Banka gəlmədən "Unibank Mobile"la əməliyyat etmək və hər əməliyyatda 20% endirim qazanmaq imkanı yaradıb. Bankdan "Report"a daxil olan məlumata görə, bu imkandan bütün "Unibank Mobile" istifadəçiləri yararlana bilər.
Endirim “hesabdan karta”, "kartdan hesaba” və “kartdan karta” əməliyyatlarına tətbiq edilir.
Qeyd edək ki, Azərbaycan banklarının mobil əlavələri arasında ən çox yüklənəni "Unibank Mobile"dır ki, onun da istifadəçilərinin sayı artıq on minlərlədir. Əlavə “Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub.
"Unibank Mobile" aşağıdakı imkanları yaradır:
  • - Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;

  • - Telefonun kitabçasında qeydiyyatda olan dostlara siyahıdan rahat şəkildə köçürmə etmək;

  • - "Unibank"dakı bir kart və yaxud hesabdan digər kart və yaxud hesaba pul köçürmək, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür;

  • - İstənilən yerdən kommunal, internet, kabel TV, kredit ödənişləri etmək;

  • - Aylıq ödənişlərini sistemin avtomatik ödənişlər siyahisina daxil etmək, bu ödənişlərin təyin edilən vaxtda avtomatik keçirilməsinə nail olmaq;

  • - Depozit və cari hesab açmaq, mövcud əmanətlə bağlı bütün məlumatları banka gəlmədən əldə etmək.

  • "Unibank Mobile"ın köməyi ilə Bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta kurslarından, bank yeniliklərindən və kampaniyalardan ən tez xəbər tutmaq olar.
    "Unibank Mobile" İOS və Android platformalarında işləyir. Smartfona "Unibank"ın mobil bank xidmətini http://onelink.to/ffdbwf linkindən yükləmək mümkündür.
    Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud "Facebook" və "Twitter" almaq olar.

    Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/unibank-asc-mobil-bank-istifadecileri-ucun-kampaniya-kecirir

    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR