"AFB Bank"ın departament direktoru işdən çıxıb

"AFB Bank"ın departament direktoru işdən çıxıb
15:12 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ "AFB Bank" ASC-nin Kredit Departamentinin direktoru işdən çıxıb. Bankdan "Report"a verilən məlumata görə, söhbət Yaşar İsmayılovdan gedir.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/afb-bank-in-departament-direktoru-isden-cixib-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR