Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranskinin öldürmək istədiyi milyonçu: “Onunla düşmənçiliyim olmayıb”

Lənkəranskinin öldürmək istədiyi milyonçu: “Onunla düşmənçiliyim olmayıb”

Date: 28 October 2016 15:13

"Mənim heç kimlə düşmənçiliyim olmayıb. Eləcə də, Rövşən Lənkəranski ilə. O yazılanlar isə boş şeylərdir”.

Bu sözləri Lent.az-ın əməkdaşıyla söhbətində əslən Şamaxıdan olan milyonçu, idman ustası, hazırda Kiyevdə bizneslə məşğul olan Oleq Andreyeviç Krapivin bildirib.

Oleq Andreyeviçin dediyinə görə, o, bu tip söhbətlərə fikir vermir, hazırda Kiyevdə öz işləriylə məşğuldur.

Lent.az-ın “Sizə qarşı sui-qəsd planının “Lotu Quli”ylə dost olduğunuza görə təşkil edildiyi bildirilir,” sualına isə iş adamı belə cavab verib: “Mən çox adamla dostam, çox adamla münasibətlərim ola bilər. Deyilənlər mənim üçün əhəmiyyətsizdir”.


Tags:  Lənkəranskinin öldürmək istədiyi milyonçu Onunla düşmənçiliyim olmayıb

RƏYLƏR


Top news