Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Date: 28 October 2016 15:17

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün, oktyabrın 28-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyib və 10% səviyyəsində təsdiq edib. "Report"un verdiyi xəbərə görə, Rusiya Bankından verilən açıqlamada qəbul olunan qərarın ölkədəki inflyasiyanın dinamikası və iqtisadi aktivliyi ilə bağlı proqnozlara uyğun olduğu bildirilib. 
Bankdan qeyd ediblər ki. istehlak qiymətlərinin düşməsində mövsümi amillər önəmli rol oynayıb və inflyasiyanın azalması ilə bağlı gözləntilər dayanıqlı hal almayıb.
Xatırladaq ki, sentyabr ayında keçirilən iclasında Rusiya Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldıb.

Tags:  Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

RƏYLƏR


Top news