Çoxdan gözlənilən hücum başlandı – Əsədin taleyini həll edəcək

Çoxdan gözlənilən hücum başlandı – Əsədin taleyini həll edəcək
15:38 28 Oktyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya müxalifəti Hələb şəhərinin mərkəzindəki mühasirəni yarmaq üçün hökumət qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatından bildirilib.

Suriyalı müxalif qruplar şəhər mərkəzindəki rejim mövqelərini ağır silahlarla vurmağa başlayıb. Məlumata görə, müxalifət gücləri hökumət qoşunlarının nəzarət etdiyi Hələbin qərb rayonlarına yüzlərlə raket atıb. Qeyd edilir ki, hücumda bütün müxalifət qruplaşmaları iştirak edir.

Hücuma tərkibində xeyli sayda silahlı qrup olan “Fəth Ordusu” rəhbərlik edir. “Fəth Ordusu”nun tərkibində yer alan “Ahrar'uş Şam” Bab-Neyrab hərbi aerodromunun və 1070 adlanan bölgədə rejim güclərinin qərargah kimi istifadə etdikləri ərazilərin vurulduğunu açıqlayıb.

Son məlumatlara görə, Bəşər Əsəd rejiminin əlində olan Əl-Essad bölgəsindəki nəzarət məntəqəsi müxalifət tərəfindən ələ keçirilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR