Talibana qarşı genişmiqyaslı hücum başladı

Talibana qarşı genişmiqyaslı hücum başladı
15:52 28 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan ordusu son 24 saat ərzində Talibanın 66 döyüşçüsünü məhv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Hama Press" agentliyi Talibana qarşı əməliyyatların hələ də davam etdiyini deyib.
 
Qeyd edək ki, bundan öncə Əfqanıstan ordusu Talibana qarşı genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Əməliyyat eyni anda ölkənin bir neçə rayonunda aparılır. Tərəflər arasında daha qızğın döyüşlər Gilmend, Nanqarhar, Qəznə, Qor, Qəndəharda gedir. Talibana artilleriya və aviasiya zərbələri endirilir.
 
Son illər ərzində Taliban ölkənin cənub, şərq və şimal ərazilərində güclənib. Hazırda terror təşkilatı Əfqanıstanın 30%-nə nəzarət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR