70 illik razılıq pozuldu: “Dəniz pişikləri” Rusiyanın işğalına hazırlaşır

70 illik razılıq pozuldu: “Dəniz pişikləri” Rusiyanın işğalına hazırlaşır
15:53 28 Oktyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna və Suriya münaqişələrinə görə pozulan Rusiya-ABŞ münasibətləri hərbi gərginlik müstəvisinə keçir.

Publika.az
xəbər verir ki, ABŞ Rusiyanın şimal sərhədində möhkəmlənmək üçün hərəkətə keçib.

“International Business Times” saytı yazır ki, Amerika 2017-ci ildə Norveç ərazisində 300 dəniz piyadasını (dəniz pişikləri) yerləşdirməyi planlaşdırır: “Dəniz piyadaları Rusiya sərhədindən 120 kilometr məsafədə olan “Vernes” hərbi bazasında yerləşəcək”.

“Röyters” agentliyinin məlumatına görə, Norveç ərazisində xarici hərbçilər sonuncu dəfə II Dünya Müharibəsi vaxtı yerləşiblər.

ABŞ-ın Avropadakı dəniz piyada qoşunlarının komandanı, general mayor Nil Nelson deyib ki, dəniz piyadaları Norveçdə hərbi təlimlərdə iştirak edəcək və Şimali Avropada NATO-nun öz güclərindən istifadə qabiliyyətini gücləndirəcəklər.

Norveç Rusiya ilə yaxşı münasibətlər saxlamağın tərəfdarıdır. Lakin son dövrlər Rusiya təyyarələri Norveçin sərhədlərinə yaxın ərazidə təlim uçuşları etdilər. Bununla yanaşı, Moskvanın İsveç, Danimarka və Finlandiya sərhədlərində hərbi təlimlər keçirməsi bu ölkələrlə yanaşı, keçmiş SSRİ respublikaları olan Estoniya, Latviya və Litvada da ciddi narahatlıq yaradıb.

Norveçin müdafiə naziri İnya-Mari Eriksen Soreyde bildirib ki, ABŞ əsgərlərinin onların ölkəsinə gəlməsi təhlükəsizlik baxımından əhəmiyyətlidir.

Məlumatlara görə, bundan əvvəl NATO Polşada və Baltikyanı ölkələrdə dörd çoxmillətli batalyon yerləşdirib, həmçinin, ABŞ tankları Avropada yerləşib.

Norveç 1949-cu ildən NATO-nun üzvüdür. Amma Rusiya ilə razılıq çərçivəsində bu ölkə öz ərazisinə xarici qoşunların yerləşməsinə icazə vermirdi. Ukrayna və Suriyada başlayan hərbi münaqişələrdən sonra isə vəziyyət dəyişdi.

Norveçli zabit Yakob Borresen bildirib ki, son proseslər şərq istiqamətindən neqativ siqnallar yollayır.

Onun fikrincə, bütün bunlar “soyuq müharibə” üslubunda qarşıdurmalara gətirib çıxara bilər.

Rusiya tərəfi artıq baş verənlərə reaksiya verib. Rusiyanın Norveçdəki səfirliyinin mətbuat katibi Maksim Qurov “France Presse” agentliyinə açıqlamasında deyib ki, Norveç atdığı addımları əsaslandırmalıdır: “Biz anlamaq istəyərdik ki, Norveç niyə öz hərbi potensialını artırmağı arzu edir və bunu məhz Amerika əsgərlərinin “Vernes” bazasında yerləşdirməklə həyata keçirir”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR