"Ağbaş" tutuldu - FOTO

"Ağbaş" tutuldu - FOTO
15:57 28 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda heroin istifadəçisi yaşadığı ünvana yaxın ərazilərdəki mağazalardan oğurluq edərək narkotik maddə alıb.

Milli.Az report-a istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları üzərində heroin daşıyan Sumqayıt şəhər sakini, "Ağbaş" ləqəbli İsgəndərov Rüfət Vilayət oğlunu tutaraq istintaqa təhvil verib.

İstintaqa ifadə verən R.İsgəndərov aşkarlanan heroini şəxsi istifadəsi üçün aldığını bildirib: "Mən narkotik maddə asıllığından əziyyət çəkdiyim üçün bir neçə oğurluq əməllərini törətmişəm. Hətta bəzən orqanizmim nakotik maddə tələb edəndə qarşıma çıxan mağaza və evlərə girib müxtəlif əşyalar oğurlayırdım. Gecələr də evimə yaxın mağazalara girərək pul götürürdüm".

R.İsgəndərov barəsində Abşeron RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Onun başqa oğurluq əməlləri də törətdiyi istisna edilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR