Ronaldinyo Futbol Akademiyasına Braziliyadan məşqçi gələcək

Ronaldinyo Futbol Akademiyasına Braziliyadan məşqçi gələcək
15:57 28 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Braziliyadan damazlıq heyvan alınmayıb" - Nazirlik (14 İyun 2017 14:37)
Braziliyadan damazlıq heyvan alınmayıb (14 İyun 2017 14:11)
Nazirlik: Braziliyadan damazlıq heyvan alınmayıb (14 İyun 2017 14:01)

"Qəbələ" İdman Klubu növbəti gözəl layihələrindən birini həyata keçirmək üzrədi. Dünya səviyyəli futbolçu olan Ronaldinyo Azərbaycana gəldi. Belə futbolçuların ölkəmizə gəlməsi bu idman növünün kütləviləşməsinə, sevilməsinə bir təkandı.  

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov deyib.

Son günlərin ən böyük hadisəsini "Qəbələ" gerçəkləşdirdi. Əyalət klubu 2002-ci ilin dünya çempionu, 2 dəfə planetin ən yaxşısı seçilən, "Barselona"da və Braziliya millisində çıxışları ilə milyonların sevimlisinə çevrilən Ronaldinyonu ölkəmizə gətirdi. 36 yaşlı əfsanənin adını daşıyan Futbol Akademiyasına həsr olunan mətbuat konfransı bütün gündəmi zəbt etdi.
 
Bu akademiyanın Azərbaycan futboluna nələr verəcəyindən danışan N. Kərimov bildirib ki, hazırda məktəbin fəaliyyətə başlaması yolunda işləri davam etdirirlər: "Hələ ki, yer seçimi, bazanın inşaatı haqda fikirləşirik. İstəyirik ki, doğru qərarlar verək. Ən vacib məqam yerləşmədir. Çünki uşaqların daha asanlıqla qət edə biləcəkləri məsafə, ictimai nəqliyyatın bol olduğu yerləri seçmək istəyirik. Ondan sonra akademiyanın iş prinsipi, məşqçi seçimi, personalın fəaliyyətə başlaması və sair məsələlər haqda yekun qərar veriləcək".
 
Azərbaycanın əməkdar məşqçisi, "Vətən" Futbol Məktəbinin çalışdırıcısı Elxan Nəsirov Ronaldinyo Akademiyasının Bakıda fəaliyyətə başlaması xəbərini sevinclə qarşıladıqlarını qeyd edib: "Akademiyanın açılması texnikalı oyunçuların, hücumçuların yetişməsində böyük rolu olacaq. Belə akademiyaların Azərbaycanda açılması ölkəmizə çox xeyir verə bilər. "Vətən" klubu da gələcəkdə akademiya açmaq fikrindədir".
 
Akademiyanın nə vaxt fəaliyyətə başlaması haqda hələlik dəqiq məlum deyil. N. Kərimov vurğulayıb ki, konkret tarix demək bir qədər düzgün olmaz: "Çünki tikintinin gedişində müəyyən fasilələr yarana, gözlənilməz hallar baş verə bilər. Amma təxminən 6 ay, 1 il ərzində fəaliyyətə başlamağı planlaşdırmışıq".
 
"Qəbələ" Futbol Akademiyasının rəsmisi Ronaldinyo məktəbi ilə ictimaiyyəti maraqlandıran bəzi məsələlərə aydınlıq gətirib: "Bu quruma "Qəbələ" İdman Klubu tərəfindən dəstək veriləcək. İşlərimiz daha çox təşkilatı tərəflə bağlı olacaq. Bütün bu məsələlərə klub olaraq, biz cavabdehlik daşıyırıq. Məktəbin bütün personalı bizim tərəfimizdən təyin ediləcək. Həmçinin məşqçi heyətin seçilməsində Ronaldinyo Futbol Məktəbi və klubumuzun maraqlı tərəfinin müzakirəsi nəticəsində yekun qərar verəcəyik. Gözlənilir ki, Braziliyadan da bir məşqçi gəlsin və azərbaycanlı mütəxəssislər də onunla birgə fəaliyyət göstərsinlər".
 
Ömrünün 40 ilini uşaq futboluna həsr edən E. Nəsirov bu sahənin hazırkı durumuna da toxunub. O qeyd edib ki, uşaq futbolu inkişafdadır: "Amma çətinliklərimiz çoxdur. Bu dəqiqə tamam yüksəkliyə qalxmışıq da demək olmaz. Yavaş-yavaş, pillə-pillə qalxırıq. Hər halda, bu məktəblərin açılması bizə çox kömək edəcək".
 
N. Kərimov akademiyanın yaradılması ilə uşaq futbolundakı hansı problemlərin aradan qaldırılacağı ilə bağlı da danışıb. O bildirib ki, bu idman növündə kiçik bir qurumun yaradılması belə futbol üçün təkandır: "Ronaldinyonun adını daşıyacaq akademiya istər-istəməz uşaqları və yeniyetmələri özünə cəlb edəcək. Futbolla məşğul olan uşaqların sayı artacaq və onların arasından bir neçə istedadlısı klubumuzun vasitəsi ilə peşəkar karyeralarını davam etdirəcəklər. Digərləri isə sosial fəaliyyətlərini nisbətən də artırmış olacaqlar".
 
"Vətən" Futbol Məktəbində çalışan E. Nəsirov buranın akademiyalardan üstün və ya zəif cəhətlərindən də söhbət açıb: "Biz məktəbimizin şəraitinə uyğun olaraq işləmişik. Hazırda bizdə də akademiya açılsa, daha yaxşı inkişaf olacaq. Bu vaxta kimi inkişafımız stadionlarımızla bağlıdır. O stadionlardan biri vaxtilə Qum adasında olub. Haradasa 18 il orda işləmişəm və bir çox yetirmələrim var. Onlardan biri Cavid Hüseynov da hazırda "Qəbələ"nin üzvlərindəndir".
 
Bakıda "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça", "Yuventus", "Mançester Yunayted" kimi tanınmış klubların adlarına məktəb açılıb. Bu məktəblərin fəaliyyəti ilə yaxından tanış olmadığını əsas gətirən "Qəbələ" rəsmisi onları Ronaldinyo Akademiyası ilə müqayisə etməyib. Lakin o yeni məktəbin üstün tərəflərini açıqlayıb: "Hazırda əlimizdə müəyyən planlar var. Bunun birinci tərəfi futbola yönələn fəaliyyətimizdir ki, təxminən 6 yaş qrupu üzrə komandaların olması nəzərdə tutulub. Məşqləri 6-7 yaşından başlamaq və 14 yaşda yekunlaşdırmaq istəyirik. Bundan sonra istedadlı futbolçular olarsa, onları "Qəbələ" Akademiyasına göndərib, orda futbol fəaliyyətinin davam etdirilməsini planlaşdırırıq. Müxtəlif yarışlarda iştirak nəzərdə tutulur. Bakı, Azərbaycan birincilikləri ilə yanaşı, beynəlxalq yarışlara qatılmaq niyyətindəyik. Həmçinin Ronaldinyo məktəbləri arasında bir turnir keçirməyi planlaşdırırıq. "Qəbələ" Futbol Akademiyasının müxtəlif yaş qrupları üzrə komandaları əksər Avropa ölkələrində müxtəlif yarışlarda iştirak ediblər. Klub olaraq, özümüz də yarışlar keçirmişik. Lakin orada kütləviliyi istədiyimiz kimi həyata keçirə bilmirdik. Fikrimcə, bu məktəbin nəzdində keçirəcəyimiz yarış daha maraqlı olacaq. Avropada 10, 11, 12 yaşlı uşaqların turnirlərində gördüyümüz, baxaraq təsəvvürümüzdə canlandırdığımız məqamları burada təşkil edəcəyimiz yarışda əyani olaraq bütün azərbaycanlılara göstərmək istəyirik. Yəni futbolu bir turnir deyil, bayrama, şənliyə, festivala çevirmək arzusundayıq ki, həm uşaqlar, həm də valideynlər üçün yaddaqalan hadisə olsun".
 
Məktəbin sosial istiqamətdə də fəaliyyətindən danışan direktor müavini bildirib ki, akademiyada portuqal dilinin tədrisi də nəzərdə tutulub. O, həmçinin Ronaldinyo Akademiyasının əfsanəvi futbolçunun doğulduğu Qremio şəhərində, həmçinin Dubayda da fəaliyyət göstərən məktəbləri ilə hansı əlaqələr qurulacağını da açıqlayıb.
 
Məşhur klubların və ya futbolçuların uşaq futboluna nə yeniliklər gətirdiyindən danışan E. Nəsirov bildirib ki, əvvəllər "Sevinc kuboku", məhəllələrarası yarışlar keçirilsə də, son illər belə kütləvilik müşahidə olunmur: "Sovet İttifaqı vaxtı bu ənənəvi idi. Amma indi gözə görünmür. Nə səbəbdəndir, bilmirəm. Uşaqların yetişdirilməsi çox çətindir. Elə bir yerimiz var ki, orada çətin işləyə bilirik. Şəraitə uyğun işləyirik. Çünki mümkün deyil. Mən özümdən götürürəm. Hazırda mənim məşq üçün stadionum yoxdur. Asfaltın üzərində məşq keçirəm və oradan uşaq yetişdirib, verirəm. Yanıma Bakının hər bir tərəfindən uşaqlar gəlir".
 
N. Kərimovun sözlərinə görə, akademiya kommersiya xarakterli olacaq və uşaqları yetişdirib, klublara verəcək. O, burada ödənişli və ödənişsiz tədrisin hansı prinsiplərlə aparılacağına da aydınlıq gətirib: "Qəbələ" Akademiyasında 250-yə yaxın uşaq futbolla məşğul olur. Amma onların heç biri ödəniş etmirlər. Peşəkar klub olduğumuza görə onları gələcəkdə komandamızda görmək məqsədilə cəlb etmişik. Ronaldinyo Akademiyasına gəlincə, bu da uşaqların arzularını həyata keçirməsi üçün bir vasitədir. Hər kəsin futbol biliyi eyni deyil. İstedadı ilə seçiləcək uşaqlar akademiyaya ödəniş etməyəcəklər. Lakin bu say çox az, təxminən, 10-25 nəfər olacaq. Bu layihə özü-özünü maliyyələşdirməlidir. Həm aylıq ödənişlər, həm də digər marketinq vasitəsilə görüləcək işlər vasitəsilə məktəbin müəyyən gəliri olmalıdır ki, xərclər də qarşılansın və uzunömürlü olsun. Burada maraqlı məqam da ortaya çıxır - "Qəbələ" İdman Klubunun Ronaldinyo məktəbindən əldə edəcəyi qazanc. Yetişəcək futbolçulardan bir neçəsini seçib "Qəbələ"yə aparmaq bizim üçün böyük üstünlükdür. Həmçinin komandalarımız ölkədaxili yarışlara qatılacaqlar və burada yeni rəqabətin, yaxşı klubların yaranmasına səbəb olacaq".
 
Arif Əsədov, Mirbağır İsayev, Elnur Allahverdiyev, Cavid Hüseynov kimi futbolçular yetişdirən E. Nəsirov hazırda bu səviyyədə oyunçuları yetişdirmək üçün şəraitin lazımı olmamasından gileylənib: "Amma bundan əlavə, bütün məktəblərdə 12 yaşadək uşaqları 2 məşqçi ilə nəzarətdə saxlamaq, bədən tərbiyəsi müəllimləri ilə qeydiyyatını aparmaq lazımdır. Sonra həmin 2 mütəxəssis onlarla 18 yaşa kimi məşğul olub, klublara baxışa göndərsin. Belə olan halda uşaqlar inkişaf edəcəklər. Həm də onlar nə qədər çox oyun keçirsələr, o qədər artıracaqlar və Azərbaycan futboluna xeyir verəcəklər". 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sarkisyan Azərbaycanın aldığı “Tank qatili”ndən qorxduqlarını ETİRAF ETDİ

28 İyun 2017 15:03

"Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun" - NAZİRLİKDƏN CAVAB

28 İyun 2017 14:59

Sumqayıtda siqaretə görə cinayət törətmiş şəxsin cəzası azaldılıb

28 İyun 2017 14:57

Ebru Gündeş 15 min svarovski daşla işlənmiş libas geyindi

28 İyun 2017 14:53

Lüksemburqda “Azərbaycan - tolerantlıq diyarı” adlı sərginin açılışı olub

28 İyun 2017 14:52

DƏHŞƏT: İŞİD-in qan donduran edam üsulu...

28 İyun 2017 14:49

"Qəbələ" Zalsburqda bir araya gəldi

28 İyun 2017 14:47

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

28 İyun 2017 14:43

"Formula 1" çempionu Bakıda nasaz "Jiquli"ni təmir etmək istədi

28 İyun 2017 14:42

Bakının bir hücumla Qarabağı azad etmək PLANI – Düşməni titrədən SİLAH – VİDEO/FOTO

28 İyun 2017 14:38

"Qəbələ" Hallideyə görə pul ödəyəcəkmi? - TƏFƏRRÜAT

28 İyun 2017 14:37

“Elza Seyidcahanın şeirlərini oxumuram”

28 İyun 2017 14:36

Müdafiə Nazirliyindən düşmənə sərt

28 İyun 2017 14:32

Bakıda 37 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlanıb

28 İyun 2017 14:27

Hacıqabulda ağır yol qəzası

28 İyun 2017 14:23

Müdafiə Nazirliyindən erməni nazirin itkilərlə bağlı açıqlamasına MÜNASİBƏT

28 İyun 2017 14:22

CİA-nın keçmiş casusu Trampın “Putinin adamı” olmasının SİRRİNİ AÇDI - VİDEO

28 İyun 2017 14:18

MN: Ermənistanın Azərbaycana ağır zərbə vurmasına nə hərbi, nə iqtisadi, nə də digər amillər imkan verir

28 İyun 2017 14:17

ABŞ 2020-ci ilə LNG bazarında xalis ixracatçı olmaq niyyətindədir

28 İyun 2017 14:17

"Arzum xalq artisti olmaqdır" - 12 il səhnədə olub konsert verməyən Elvin - VİDEO - FOTO

28 İyun 2017 14:17

MN: Azərbaycan Ordusunun ən müasir döyüş texnikası işğalçının istənilən təhdidinin qarşısını almağa qadirdir

28 İyun 2017 14:15

Rüsvayçılıq: 13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu - VİDEO - FOTO

28 İyun 2017 14:12

Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ

28 İyun 2017 14:08

Bakıda Belarusun “Krasnıy pişevik" şirkətinin ilk ünvanı açılıb (FOTO)

28 İyun 2017 14:08

Radik İsayev yarımfinala yüksələ bilmədi

28 İyun 2017 14:05

Brüssel məhkəməsindən Ərəb şahzadələrinə qarşı ŞOK QƏRAR

28 İyun 2017 13:58

Ebru 15 kiloqram çəkisi olan paltar geyindi - FOTO

28 İyun 2017 13:57

Azərbaycanlı model ana oldu

28 İyun 2017 13:57

AŞPA sədri Avropa Xalq Partiyasından çıxarılıb

28 İyun 2017 13:57

İsrailli politoloq Dağlıq Qarabağda

28 İyun 2017 13:57

Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb

28 İyun 2017 13:55

Tanınmış model ana oldu

28 İyun 2017 13:53

Ana bilmədən öz balasını yedi - Dəhşət - VİDEO - FOTO

28 İyun 2017 13:52

Bakıda gənc qızın evində naməlum varlıq peyda oldu - FOTO

28 İyun 2017 13:47

Bakıda sevgilisini qısqanclıq zəminində öldürən şəxs kassasiya şikayəti verib

28 İyun 2017 13:47

Edinburq aeroportunda elektrik kəsildi - Növbələr yaranıb

28 İyun 2017 13:43

Facebook-da faciə kadrları: sevgilisini xilas etməyə çalışdı, alınmadı - VİDEO - FOTO

28 İyun 2017 13:42

Yüksək təzyiqi olanlar bu çaydan içsin

28 İyun 2017 13:41

Müsavatın saxta vəsiqəsi ilə mühacirətə gedən şəxs axtarışa verildi - FOTO

28 İyun 2017 13:38

Şou-biznesdə ən təmiz və çirkli avtomobil kimindir? - VİDEO

28 İyun 2017 13:37

"Qalatasaray"ın ulduzu ABŞ-a gedir - SON DURUM

28 İyun 2017 13:37

Tanınmış müğənni xəstəxanaya çatdırıldı

28 İyun 2017 13:37

SOCAR rəhbəri Gürcüstanın baş naziri ilə görüşdü

28 İyun 2017 13:34

Qadınların qocalmadığı ailə: ana qızından, nənə nəvəsindən cavan görünür - FOTO

28 İyun 2017 13:32

SOCAR prezidenti Gürcüstanda səfərdə olub

28 İyun 2017 13:32

ABŞ kəşfiyyatı qiyam qaldıran polislərin helikopterini qaçırdı

28 İyun 2017 13:28

Arda Turan üçün 65 milyon

28 İyun 2017 13:27

Mayk Tayson Bakıya gəlir - RƏSMİ

28 İyun 2017 13:27

Elza Seyidcahan kitab təqdimatı edəcək

28 İyun 2017 13:24

Dini məktəb müəllimindən biabırçılıq - FOTO

28 İyun 2017 13:22