Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyə Rusiyadan əlavə qaz sifariş edib

Türkiyə Rusiyadan əlavə qaz sifariş edib

Türkiyə Rusiyadan buğda almağı dayandırdı (17 Mart 2017 16:19)
Türkiyədən Rusiyaya QADAĞA (17 Mart 2017 09:22)
Türkiyə Rusiyadan idxala qadağa qoydu (17 Mart 2017 08:38)

Tarix: 28 Oktyabr 2016 16:02

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rəsmi Ankara Rusiyanın “Qazprom” şirkətinə Türkiyəyə nəql olunan qazın həcminin artırılması ilə bağlı müraciət edib.
“Report”un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb İrandan Türkiyəyə çəkilən boru kəmərində baş verən partlayışa görə İran qazının nəqlinin dayandırılmasıdır.
Rusiya şirkətinin məlumatına görə, Türkiyə tərəfinin bu günə sifarişi 9,3% artaraq 82,1 mln. kubmetr olub.
Qeyd edək ki, Türkiyə ötən il “Qazprom”dan 27 mlrd. kubmetr qaz idxal edib, bu il isə 24,5 mlrd. kubmetr qaz nəqli nəzərdə tutulur. “Qazprom”un sədr müavini Aleksandr Medvedyev bildirib ki, Türkiyəyə 2017-ci ildə 25,1 mlrd. kubmetr həcmində qazın  ixracı nəzərdə tutulub.

Teqlər:  Türkiyə Rusiyadan əlavə qaz sifariş edib



RƏYLƏR


Top xəbərlər