Ər arvadını və baldızını bıçaqladı

Ər arvadını və baldızını bıçaqladı
16:03 28 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün Sabunçu rayonu, E. Mehdiyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Oqtay Təhməzov ailədaxili münasibətlər zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvira Nəsirovanı və həyat yoldaşının bacısı, 1991-ci il təvəllüdlü Eminə Nəsirovanı bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən O.Təhməzov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR