“Ardanın millidən kənarda qalmağını başa düşmürəm” – Messi

“Ardanın millidən kənarda qalmağını başa düşmürəm” – Messi
16:04 28 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

 

“Arda çox önəmli oyunçudu. Məhz bu səbəbdən “Barselona” onu transfer edib”. Apasport.az saytının məlumatına görə,  bu sözləri argentinalı futbolçu Lionel Messi deyib.

 

 

Türkiyə mətbuatına açıqlama verən “Barsa”nın lideri komanda yoldaşı Arda Turanla bağlı müsbət fikirlər səsləndirib. O, Ardanın müxtəlif mövqelərdə çıxış etmək bacarığının olduğunu bildirib: “Fərqli mövqelərdə çıxış edərək, komandaya xeyir verir. 6 ay futboldan kənarda qaldığı dönəm onun üçün çox çətin idi. Amma bunu geridə qoydu. Cari mövsümə çox yaxşı başladı. Həm qollar vurur, həm də məhsuldar ötürmələr verir. Bu qədər çoxlu oyun keçirən komandanın onun kimi futbolçuya sahib olması çox önəmlidi. Arda bəzən mənim, bəzən Neymarın, bəzən də Rakitiç və İnyestanın yerində çıxış edir. Bu, hər kəsin bacaracağı iş deyil. Onun İnyestanın yerini alacağı, ya da Andres kimi olacağı fikrinə qatılmıram. Hər oyunçunun öz stili var”.

 

 

Messi Ardanın AÇ-2016-dan sonra Türkiyə yığmasına çağırılmamağına da toxunub: “Arda Turan “Barselona”nın önəmli futbolçusudu. Nəyə görə Türkiyə yığmasına çağırılmadığını, millidən kənarda qalmağını başa düşmürəm. Ümid edirəm ki, yenidən ölkəsi uğrunda oynamaq şansı qazanar”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR