Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq artistindən ağır sözlər: "Kişisənsə, boynuna al"

Xalq artistindən ağır sözlər: "Kişisənsə, boynuna al"

Date: 28 October 2016 16:05

Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından istefa verməsi həmkarları tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az bildiri ki, xalq artisti Ramiz Məlik azvision.az-a bildirib ki, Fuad Poladovun teatrdan getməsində günahkar aktyor Hikmət Rəhimovdur. 

"Fuad Poladovla baş rejissor Azərpaşa Nemətov dostdurlar. Niyə bunları bir-birlərinə qatırlar? Mən bunu başa düşə bilmirəm. Bunun hamısını edən o Hikmətdir. O, vicdansızdır, xuliqandır. Necə ola bilər ki, Mehdi Məmmədov kimi dahi rejissorun oğlu Vüqar Məmmədovu qəddarcasına döyəsən? Kişisənsə, boynuna al. Hikmət həqiqəti deməlidir. Bütün bu həngamələr İsrafil İsrafilovun vaxtında, beş il müddətində YUĞ-çuların "Azdrama"ya buraxılması nəticəsində oldu. YUĞ-çular da gəlib burada şoular, intriqalar yaratdılar", - deyə aktyor bildirib.

Qeyd edək ki, xalq artisti Fuad Poladov həmkarı Hikmət Rəhimovun "Azdrama"dan çıxarılmasına etiraz edərək istefa ərizəsi yazıb. Xalq artistinin istefasından sonra teatrda qalmaqal daha da böyüyüb. F.Poladov məsələyə soyuqqanı yanaşaraq istefa verdiyini təsdiqləyib və bu addımı H.Rəhimova görə atdığını bildirib. 

Milli.Az


Tags:  Xalq artistindən ağır sözlər Kişisənsə boynuna al

RƏYLƏR


Top news