Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Estoniya elmlər akademiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Estoniya elmlər akademiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

Date: 28 October 2016 16:07

Bakı. 28 oktyabr. REPORT.AZ/ Estoniya Elmlər Akademiyasının dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin başçiliq etdiyi nümayəndə heyəti Estoniyaya səfər edib.
Azərbaycanın Estoniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti Tallin Texniki Universitetinə baş çəkərək müəssisənin tədqiqatlar üzrə vitse-rektoru Renno Veinthal ilə görüşüb. Azərbaycan nümayəndə heyəti üçün ali təhsil müəssisəsində müxtəlif sahələrdə aparılan tədqiqat layihələri üzrə xüsusi təqdimatlar keçirilib.
Daha sonra Estoniya Elmlər Akademiyasında AMEA və EEA arasında elmi əməkdaşlıq haqqinda sazişin təntənəli imzalanma mərasimi keçirilib. Sazişi AMEA-nın prezidenti Akif Əlizadə və Estoniya Elmlər Akademiyasının prezidenti Tarmo Soomere imzalayıblar. Sonda akademik A.Əlizadə həmkarına AMEA-nın 70 illiyinə həsr edilmiş yubiley medalını hədiyyə edib və T.Soomereni Azərbaycana səfərə dəvət edib.
T.Soomere Akademiyanın fəaliyyəti və nailətləri, habelə yerləşdiyi binanın tarixi barədə danışıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin Tallin Universitetinə baş çəkib, ali təhsil müəssisəsinin rəhbərliyi - tədqiqatlar üzrə vitse-rektoru xanım Katrin Niglas ilə görüşüb, təhsil ocağının fəaliyyəti ilə tanış olub.




Tags:  Azərbaycan Estoniya elmlər akademiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

RƏYLƏR


Top news