Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aydın Hüseynov: "Azərbaycan biznesin səmərəliliyinə görə ilk 5 ölkə sırasındadır"

Aydın Hüseynov: "Azərbaycan biznesin səmərəliliyinə görə ilk 5 ölkə sırasındadır"

Date: 28 October 2016 16:17

Uğurlu iqtisadi islahatlar həyata keçirən və biznes mühitinin inkişafı sahəsində mövcud qanunvericiliyi daha da təkmilləşdirən Azərbaycan dünyanın ən mötəbər təşkilatlarının hesabatlarında mövqeyini yaxşılaşdırmaqdadır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Dünya Bankı tərəfindən açıqlanan "Doing Business 2017" hesabatı şərh edərkən deyib.

A.Hüseynov bildirib ki, bunun ən mühüm göstəricilərindən biri kimi ölkəmiz "Doing Business 2017" hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə qərarlaşıb.

İqtisadçı qeyd edib ki, 190 ölkənin biznes mühitini qiymətləndirən hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb: "Sənədə əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir".

Aydın Hüseynovun sözlərinə görə, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən yeni hesabatda Azərbaycan ilk beşlikdə yer alıb: "Respublikamız iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Hesabatda Azərbaycan 3 indikator üzrə ("Biznesə başlama", "Vergilərin ödənişi" və "Xarici ticarətin aparılması" göstəricisi üzrə) mövqeyini ötən illə müqayisədə daha da yaxşılaşdırıb. Bu, dövlət başçısının müəyyən etdiyi yeni iqtisadi islahatlar kursuna uyğun olaraq biznes sektorunda sənədləşmə işlərinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, sahibkarların mənafeyinə xidmət edən yeni qaydaların qüvvəyə minməsi, xarici ticarətlə bağlı prosedurların asanlaşdırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, vergi sistemində kiçik və orta sahibkarlığın inkişafını stimullaşdıran mühüm addımların atılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, xidmət səviyyəsinin yaxşılaşdırılması və həyata keçirilən digər tədbirlərin nəticəsi hesab oluna bilər".

Milli Məclisin deputatı onu da bildirib ki, ölkəmizin yeni reytinqdə mövqeyinin yaxşılaşması Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir: "Respublikamızın hesabatda mövqeyinin yaxşılaşması, xüsusilə də, biznesin vəziyyəti ilə bağlı dünyanın ən yaxşı ölkələri sırasına daxil olması Azərbaycanda azad sahibkarlığın və əlverişli biznes mühitinin olduğunu göstərir. Bu faktor xarici investorların ölkəmizdə hüquqlarının ən yüksək səviyyədə qorunmasına dəlalət edir. Beləliklə, yeni reytinq xarici investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına, yeni sərmayə qoyuluşlarına səbəb olacaq. Yeni investisiyalar isə regionlarda yeni müəssisələrin yaradılması, əlavə iş yerlərinin açılması, məşğulluğun səviyyəsinin yüksəlməsi üçün güclü zəmin deməkdir".

Milli.Az


Tags:  Aydın Hüseynov Azərbaycan biznesin səmərəliliyinə ilk ölkə sırasındadır

RƏYLƏR


Top news