Ərinin istəmədiyi bileti aldı, milyoner oldu

Ərinin istəmədiyi bileti aldı, milyoner oldu
16:27 28 Oktyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Lotoreyanın səmərəsizliyini sübut etməyə çalışan amerikalı qadın milyoner olub. 

Milli.Az aznews.az-a istinadən bildirir ki, Şimali Karolinada yaşayan 47 yaşlı Glenda Blakvell lotoreyada qalib olub. Məlumata görə, həyat yoldaşı Baddi mağazaya gedən Glendadan lotoreya almağı xahiş edib. Lotoreyanın səmərəsiz olduğunu sübut etməyə çalışan qadın ərinin xahiş etdiyi "Powerball" bileti əvəzinə elə həmin gecə oynanan ani bilet alıb. Bu bilet Glendaya 1 milyon dollar qazandırıb. Bütün vergi tutmalarından sonra qadına 415,5 min dollar ödənilib. 

Glenda bu məbləğlə ev tikmək, böyük qızına maliyyə yardımı göstərmək və nəvələrinə kollec üçün kənara vəsait qoymağı planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR