Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Məhkəmələr və hakimlər haqqında” qanun dəyişdirildi

“Məhkəmələr və hakimlər haqqında” qanun dəyişdirildi

Milli Məclisin plenar iclası keçirilir (10 Mart 2017 12:18)
Milli Məclisin iclası təxirə salınıb (07 Mart 2017 16:09)

Tarix: 28 Oktyabr 2016 16:28

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilib.

Publika.az xəbər verir ki, layihə haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli deyib ki, edilən dəyişiklik məhkəmə sistemini hakim adına layiq olamayanlardan qorumaq məqsədi daşıyır .

Qanunun 5-ci maddəsinə təklif olunana mətndə bildirilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq elektron qaydada yayılır. Bu qərarlarla birlikdə aşağı instansiya məhkələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da yayılmalıdır.

Bundan əlavə, qanununa edilən əlavə və dəyişikliyə görə, inzibati-iqtisadi, ağır cinayətlər, hərbi və apellyasiya məhkəmələrinin ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunacaq.

Layihə müzakirələrdən sonra qəbul olunub.

Vasif Həsənli


Teqlər:  Məhkəmələr hakimlər haqqında qanun dəyişdirildi



RƏYLƏR


Top xəbərlər