Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirilib

FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirilib

Date: 28 October 2016 16:29

 

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının  birgə təşkilatçılığı ilə voleybol üzrə çempionat keçirilib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında baş tutub. Yarışda 170-ə yaxın idmançının təmsil olunduğu 14 komanda öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında olub. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə Qarabağ Regional Mərkəzini məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandaları layiq görülüb.

 

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəsmisi Bəxtiyar Mirzəliyev yarışda iştirak etmiş komandaları təbrik edib, onlara növbəti oyunlarda uğurlar arzulayıb.

 

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub.

Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olub.

 

 

 






Tags:  FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirilib


RƏYLƏR


Top news