Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya bu üç ölkəni cəmi 36 saata tutacaq

Rusiya bu üç ölkəni cəmi 36 saata tutacaq

Date: 28 October 2016 16:32

Rusiya silahlı qüvvələri NATO ilə ehtimal olunan münaqişə halında Estoniya, Latviya və Litvanı əvvəl hesablandığı kimi 60 saata deyil, cəmi 36 saata tutacaq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə ABŞ-ın nüfuzlu "RAND Corporation" şirkətinin Pentaqonla birlikdə keçirdiyi yeni komanda-qərargah təlimlərinin nəticələrinə əsasən bildirir. Təlimlərdə Rusiya ordusunun Baltik ölkələrinə qəfil hücumu modelləşdirilib və NATO-nun bu hücuma qarşı cavab tədbirləri sınaqdan keçirilib.

RAND bildirir ki, ABŞ hərbçiləri Rusiyanı hücumunu və Baltik ölkələrini "Krım ssenarisi" ilə işğal etməsini imitasiya edən bir sıra təlimlər keçiriblər. Nəticə isə NATO üçün "əsl fəlakət" olub. Belə ki, Riqa, Tallin və Vilnüsun Rusiya qoşunları tərəfindən tutulmasına cəmi 36 saat vaxt lazım gəlib.

Şirkətin ekspertlərinə görə NATO-nun Baltik regionundakı qüvvələri o qədər azdır ki, onlar Rusiyanın qarşısını almağa qadir deyil, əksinə, onu dağıdıcı müharibəyə başlamağa qızışdırır. Araşdırmaçılar hesab edir ki, Moskvanın Baltik ölkələrinə hücum niyyəti tamamilə ciddidir.

Analitiklərə görə NATO qüvvələri Rusiya ordusunun Baltik paytaxtlarına hücumunu dayandırmaq üçün köməyə yetişə bilməyəcək. Çünki əlavə  NATO qüvvələri köməyə gələnə qədər ruslar bu şəhərləri tutacaq. Belə vəziyyətdə NATO-nun üç cavab ssenarisi ola bilər: irimiqyaslı əks hücum əməliyyatlarına başlayıb rusları həmin şəhərlərdən çıxarmaq, Moskvanı birbaşa hədələmək və qısa, ortamüddətli perspektiv üçün vəziyyətlə barışmaq. Birinci iki variant nüvə müharibəsinə gətirib çıxaracaq, üçüncü isə davamlı soyuq müharibəyə.

Xatırladaq ki, RAND şirkəti Pentaqonla bundan əvvəl keçirdiyi təlimlərdə Rusiyanın Baltik ölkələrini tutması üçün 60 saatdan 3 sutkaya qədər vaxt lazım olduğunu bildirmişdi. Bundan sonra ABŞ və NATO-nun digər ölkələri alyansın şərq cinahını möhkəmləndirmək, ora əlavə qüvvələr göndərmək barədə qərar qəbul etdilər. Bu qərar NATO-nun son sammitində qəbul edilib, icrası ləng həyata keçirilir. 

ABŞ müdafiə naziri Eşton Karter bildirib ki, Pentaqon Almaniyadakı bazalardan Polşanın Rusiya ilə sərhədinə 900 hərbçidən və tanklardan ibarət birləşmə göndərəcək. Almaniya, Kanada və digər NATO ölkələri isə Baltik regionunda, habelə digər Şərqi Avropa ölkələrində tankların dəstəyi ilə batalyonlar yerləşdirməyə hazırlaşır. Böyük Britaniya isə öz qırıcılarını Rumıniyaya göndərir. NATO şərq sərhədlərində cəmi 4 min hərbçi yerləşdirməyə qərar verib. Lakin Rusiyanın Qərb hərbi dairəsində 330 minlik qoşun cəmləşdirilib və qüvvələr nisbəti qeyri-bərabərdir. Təkcə Kalininqrad vilayətind Rusiyanın on minlərlə canlı qüvvəsi, minlərlə döyüş texnikası və "İsgəndər-M" operativ-taktiki raketləri var.

Milli.Az





Tags:  Rusiya bu üç ölkəni cəmi 36 saata tutacaq

RƏYLƏR


Top news