SSRİ-nin ən böyük və məxfi... - Krımın ilhaqının daha bir SİRRİ

SSRİ-nin ən böyük və məxfi... - Krımın ilhaqının daha bir SİRRİ
16:33 28 Oktyabr 2016
114 Dünya
Ölkə mətbuatı
A- A+

“Soyuq müharibə zamanı SSRİ-nin müxtəlif yerlərində tam məxfi bazaların mövcudluğu haqqında əfsanələr əbəs yerə gəzmirdi”.

Publika.az bunu İspaniyanın “ABC.es” nəşri SSRİ-nin Krımdakı atom sualtı qayıqlarının məxfi bazası olan Balaklavadan bəhs etdiyi yazısında bildirib.

Nəşr qeyd edir ki, Kiyevdəki Maydan hadisələri (2013-cü ilin sonu-2014-cü ilin əvvəli) zamanı Krımı ilhaq edən Moskva yarımadanın onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqının səbəbindən danışarkən bunları deyib: “Ukraynanın tərkibində Krımın NATO-ya qatılmaq təhlükəsi var idi. Rusiya bunun baş verməsinə imkan verə bilməzdi”.

Balaklava bazası “soyuq müharibə” dövründə xəritələrdə yox idi və heç kim xüsusi icazə olmadan bu qəsəbəyə yaxınlaşa bilməzdi. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi bazaya xüsusi nəzarət edirdi. Balaklava SSRİ-nin atom sualtı gəmilərinin ən böyük və məxfi bazası idi.

Bazaya giriş dar Balaklava körfəzinin divarlarından idi. Onu dəniz tərəfindən praktik olaraq görmək mümkün deyil. Çünki, sahil xəttini örtən sıldırım qayaı onun qarşısını kəsir.

Bazanın tikintisi 1952-ci ildə başlanıb və 1961-ci ildə bazanın tikintisi başa çatıb. Baza tunellər, yaşayış yerləri, emalatxanalar, kabinetlər, nüvə silahı da daxil olmaqla döyüş sursatı anbarları və mağazalarla ayrı bir dünyadır. Nüvə zərbəsinə məruz qalacağı halda burada 30 gün ərzində 3 min insanı qida ilə təmin etmək mümkün idi.

SSRİ-in dağılmasından sonra baza Ukrayna ərazisində qaldı və sualtı qayıqların bazası muzeyə çevrildi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR