Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD on minlərlə insanı girov götürdü

İŞİD on minlərlə insanı girov götürdü

Date: 28 October 2016 16:37

BMT İŞİD terror təşkilatının İraqın Mosul şəhərindən 8 min ailəni girov götürdüyünü bəyan edib.

Milli.Az lent.az-a istinaən bildirir ki, Cenevrədə mətbuat konfranslı keçirən BMT-nin İnsan Haqları Komitəsinin nümayəndəsi Ravina Şamdasani 10 minlərlə kişi, qadın və uşağın Mosuldan qaçırıldığını və onlardan canlı sipər kimi istifadə ediləcəyini deyib.

Şamdasani deyib ki, İŞİD həmin insanları hərbi bazalarına yığıb. O, həmçinin əlavə edib ki, terrorçular bu həftənin çərşənbə günü 190-ı İraq ordusunun keçmiş üzvü olmaqla 232 mülki insanı qətlə yetirib.

Qeyd edək ki, Mosul əhalisinin sayına görə İraqın ikinci böyük şəhəridir. Burada kürd, türkmən və ərəblər birgə yaşayır və şəhər 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilib. Bu ilin 17 oktyabr tarixində isə İraq ordusu kürd hərbi birləşmələri ilə birgə Mosulu azad etmə əməliyyatına başlayıb.

Milli.Az


Tags:  İŞİD on minlərlə insanı girov götürdü

RƏYLƏR


Top news