Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyev apellyasiya şikayəti verdi

Cahangir Hacıyev apellyasiya şikayəti verdi

Date: 28 October 2016 16:57

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və şikayətdə o, müvəkkilinə bəraət istəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il, İlqar Abdullayev 6 il 6 ay, Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 7 il 23 gün, Anar Sultanov 7 il 6 ay, Məhəmməd Cahangirov 7 il 6 ay, Kənan Orucov 7 il 6 ay , Azad Cavadov 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər. İlqar Abdullayev, Məhəmməd Cahangirov və Kənan Orucov şərti cəza alaraq azad olunublar. Bakı Fındıq Zavodunun direktoru olmuş Azad Cavadov 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Cavadov məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Milli.Az


Tags:  Cahangir Hacıyev apellyasiya şikayəti verdi

RƏYLƏR


Top news