Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ilk oxunuşda qəbul olunub

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ilk oxunuşda qəbul olunub

Date: 28 October 2016 16:57

Bakı. 28 oktyabr. REPORT.AZ/ Milli Məclisinin bu gün keçirilən plenar iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, qanun layihəsi barədə parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.
F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.
Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər layihədə əksini tapıb. Qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Tags:  İdmanda dopinq vasitələrindən üsullarından istifadəyə qarşı mübarizə haqqında qanun layihəsi ilk oxunuşda qəbul olunub

RƏYLƏR


Top news