Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş dustağı boğaraq qətlə yetirənlər etiraf etdilər

Keçmiş dustağı boğaraq qətlə yetirənlər etiraf etdilər

Date: 28 October 2016 17:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxslər özlərini günahkar bilib və ittihamları qəbul ediblər.

Prosesdə zərərçəkmişin hüquqi varisi iştirak etmədiyi üçün təqsirləndirilən şəxslərin ifadələri noyabrın 11-nə təyin olunub.

İttihama görə, bu il iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs) maddəsi ilə ittiham olunurlar.

Milli.Az


Tags:  Keçmiş dustağı boğaraq qətlə yetirənlər etiraf etdilər

RƏYLƏR


Top news