Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Mərc oyunlarının keçirilməsi qaydaları DƏYİŞDİRİLDİ (14 Mart 2017 16:42)
Hökumət qumara qarşı mübarizəyə başladı - Prokurorluq araşdıracaq (14 Mart 2017 10:47)
İdman yarışlarında şübhə olduğu prokurorluğa məlumat veriləcək (14 Mart 2017 10:22)

Tarix: 28 Oktyabr 2016 17:05

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, idman mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hesab olunmayacaq. Bundan başqa, məcəllənin 101.5-ci maddəsinin ləğv edilməsi təklif edilir. Bu maddə idman mərc oyunlarından əldə edilən uduşlardan 10% dərəcə ilə vergi tutulmasını nəzərdə tuturdu.

Digər dəyişikliyə əsasən, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs ödəmə mənbəyində vergini tutmağa borclu sayılmayacaq. Eyni zamanda idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmayacağı təqdirdə, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs gəlir vergisi hesablamayacaq.

Müzakirəyə çıxarılan dəyişikliklər qəbul olunub.

Milli.Az


Teqlər:  İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək



RƏYLƏR


Top xəbərlər