Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milyonçunun vəsiyyəti AÇIQLANDI - Katibəsinə 75 milyon avro

Milyonçunun vəsiyyəti AÇIQLANDI - Katibəsinə 75 milyon avro

Date: 28 October 2016 17:32

İtaliyada 90 yaşında ölən iş adamının vəsiyyəti hər kəsi təəccübləndirib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, ölkənin bir nömrəli supermarketlər şəbəkələrindən olan "Esselunga"nın sahibi Bernardo Caprotti sentyabrın 30-da dünyasını dəyişib.

Milyonerin ölümündən sonra böyük maraqla gözlənən vəsiyyət açıqlanıb və məlum olub ki, Caprotti sərvətinin yarısını - 75 milyon avronu, 2 dəyərli rəsm əsərini 48 il katibəsi olaraq çalışan 68 yaşlı qadına miras qoyub.

Mirasın yerdə qalan hissəsi isə 5 qardaşı uşağı arasında bölüşdürüləcək.

İş adamı holdinqinin hissələrinin 70 faizini həyat yoldaşı və qızına, yerdə qalanını isə ilk evliliyindən olan iki qızına vəsiyyət edib. 

Milli.Az


Tags:  Milyonçunun vəsiyyəti AÇIQLANDI Katibəsinə 75 milyon avro

RƏYLƏR


Top news