Beynəlxalq bazarlara çıxış: "Bank VTB (Azerbaijan)"dan sahibkarlara təkliflər

Beynəlxalq bazarlara çıxış: "Bank VTB (Azerbaijan)"dan sahibkarlara təkliflər
17:32 28 Oktyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ 2014-cü ilin ortalarından başlayaraq dünya bazarında neftin qiymətinin kəskin azalması və bunun nəticəsində yaranmış yeni iqtisadi şərait əksər neft ölkələri kimi Azərbaycanda da post-neft dövrünün başlamasına səbəb olub. Bu isə ölkənin bank sektorunun yeni çağırışlara uyğunlaşmasını zəruri edib. Məlum olub ki, indiyə qədər böyük neft gəlirləri, "qara qızıl"ın yaratdığı imkanlar hesabına işlə təmin olunmuş, yüksək əmək haqqı alan, aktiv şəkildə istehlak kreditləri götürənlər daha bankların uğurlu biznes fəaliyyətinin əsasını təşkil edə bilmir. Pərakəndə bankçılıq istər-istəməz öz yerini biznes bankçılığına verməli, maliyyə qurumları təcili şəkildə fəaliyyət istiqamətlərini dəyişməlidir.
Başqa sözlə, banklar kredit portfelinin əhəmiyyətli hissəsini sahibkarlara, o cümlədən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan və ölkəyə valyuta gətirməyi bacaran iş adamlarına yönəltməlidir. Bu məqamda yalnız bir neçə bank ilk növbədə səhmdarlarının dəstəyi ilə bazarın yeni tələblərinə çevik reaksiya verərək biznes strategiyasını vaxtında dəyişə bildi ki, bu gün həmin bankların korporativ müştərilərə yönələn fəaliyyətini artıq müşahidə etmək olar.
Səhmdarları sırasında Rusiya dövlətinin də olduğu VTB Qrupuna aid "Bank VTB (Azerbaijan)" ASC bazarın tələblərinə uyğun fəaliyyət istiqamətini dəyişdiyini bəyan edən ilk banklardandır. Bankın açıqladığı son maliyyə göstəriciləri onun daha çox biznesə yönəldiyini göstərir. Bank rəhbərliyi isə ilk növbədə Rusiya ilə biznes quran sahibkarlar üçün əsas bank-agent olmaq niyyətini bildirir ki, bu da Rusiya əsilli maliyyə qurumu üçün məqsədəuyğun seçimdir.
Sirr deyil ki, Azərbaycanın qeyri-neft sektorunun ərsəyə gətirdiyi məhsulların ixracı baxımından qonşu Rusiya bazarı böyük potensiala malikdir. İlk növbədə də kənd təsərrüfatı mallarının satışı üçün şimal qonşumuz əlverişli bazar rolunu oynayır. Daha bir vacib amil çoxsaylı həmvətənlərimizin Rusiyada bizneslə məşğul olması, onların hər iki ölkə ilə əlaqələridir. Bu baxımdan, Rusiya ilə biznes əlaqələrinə malik sahibkarlar üçün hər iki ölkədə geniş imkanları olan "Bank VTB (Azerbaijan)"ın tərəfdaş bank kimi seçilməsinin üstünlükləri danılmazdır.
Bank son illər istehlak kreditləşməsinə fokuslanmış fəaliyyəti nəticəsində riteyl bank təsəvvürü yaratsa da, əslində yarandığı gündən onun fəaliyyəti daha çox Azərbaycandakı Rusiya və əksinə, Rusiyadakı azərbaycanlı sahibkarlar üçün biznes-partnyor olmağa yönəlib. İki ölkə arasında biznes quran iş birliklərinə xidmət göstərmək üçün yaradılan bank bir müddət yürütdüyü aktiv fərdi kreditləşmə siyasətinə baxmayaraq, korporativ istiqamətə daim ciddi önəm verib. Bunu kredit təşkilatının maliyyə göstəriciləri də sübut edir. Məsələn, bu il sentyabrın 1-nə Bankın kredit portfeli illik müqayisədə 9% artımla 377,3 mln. manat təşkil edib ki, bunun da 60%-dən çoxu məhz biznes kreditlərinin payına düşüb. Yerli bankların əksəriyyətindən fərqli olaraq, "Bank VTB (Azerbaijan)" ev təsərrüfatları ilə müqayisədə kiçik və orta sahibkarlığı, qeyri-neft sektorunu, iqtisadiyyatın real sektorunu maliyyələşdirməkdə daha çox maraqlıdır.
Azərbaycanlı iş adamları üçün beynəlxalq şəbəkəyə malik VTB Qrupunun strukturu olan "Bank VTB (Azerbaijan)"la işbirliyi qurmaq həm də beynəlxalq bazarlara çıxış imkanları baxımdan maraqlıdır. Bu gün VTB Qrupunun Şimali Amerika, Avropa, Asiya və hətta Afrikada biznes mərkəzləri kimi tanınan Nyu-York, Dublin, London, Frankfurt, Paris, Nikosiya, Belqrad, Dubay, Sinqapur, Şanxay, Honkonq, Nyu-Dehli və digər şəhərlərdə ofisləri fəaliyyət göstərir. Qrupun Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynanın bir çox şəhərlərində filial və şöbələrinin fəaliyyət göstərməsi isə azərbaycanlıların istər biznes, istərsə qeyri-biznes baxımdan daim əlaqədə olduğu şəhərlərlə bank əməliyyatlarını daha asan və daha sərfəli şərtlərlə həyata keçirməyə şərait yaradır. Bu cür geniş xidmət şəbəkəsi Avropa və Asiya ölkələri ilə biznes əlaqələrinə malik olan, mütəmadi olaraq mal dövriyyəsi həyata keçirən sahibkarlar üçün olduqca əhəmiyyətlidir və onların "əlinin hər yerə çatmasını" təmin edir. Sadalanan üstünlüklərdən istifadə edən "Bank VTB (Azerbaijan)" bu gün xarici bazarlara çıxmaq istəyən ölkə biznesi üçün ilk ağıla gələn tərəfdaş bankdır.
Bank, bu günə kimi Qrupun beynəlxalq təcrübəsindən və maliyyə alətlərindən istifadə edərək Rusiyada və VTB Qrupunun fəaliyyət göstərdiyi digər ölkələrdə azərbaycanlı sahibkarlar üçün beynəlxalq hesablaşma sisteminin yaradılması istiqamətində iş aparıb. "Bank VTB (Azerbaijan)" Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid olan yerli şirkətlərin və dövlət strukturlarının bank xidmətlərinə cəlb edilməsini, Azərbaycan iqtisadiyyatına, xüsusilə neftdənkənar sektora xarici investisiyaların yatırılmasını, eləcə də VTB Qrupunun ayaq açdığı ölkələrdən olan şirkətlərin iştirakı ilə birgə müəssisələrin yaradılmasını dəstəkləyir.
Yerli məhsulların Rusiya bazarına çıxarılması ilə bağlı böyük potensialın olduğunu nəzərə alaraq, bank yaxın gələcəkdə sahibkarlara faktorinq xidmətini təklif etmək niyyətindədir. Bunun üçün Qrupun bu sahədə böyük təcrübəsi olan "VTB Faktoring" şirkətinin xidmətindən istifadə olunacaq. Nəticədə, "Bank VTB (Azerbaijan)"ın təklif edəcəyi faktorinq xidməti azərbaycanlı biznesmenlər üçün məhsullarını Rusiyanın iri ticarət obyektlərinə satmaq üçün əlverişli fürsət ola bilər.


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İlkin və Ayselin toyundan

25 Aprel 2017 19:01

Bakıda 3 otaqlı ev yandı

25 Aprel 2017 18:59

“MTN əməkdaşlarına 450 min manat verdim” - Generalların məhkəməsi

25 Aprel 2017 18:58

Teleaparıcı İlkinin toyundan FOTO

25 Aprel 2017 18:57

Ədliyyə orqanlarında çalışmaq istəyənlər DİQQƏT - VAXT BİTİR

25 Aprel 2017 18:57

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" donanmasının yenilənməsinə 139 mln. ABŞ dolları xərcləyib

25 Aprel 2017 18:52

Bakıda bir-birinə bitişik 3 EV YANDI

25 Aprel 2017 18:52

Artur Rasizadədən qərar

25 Aprel 2017 18:51

Bülənt Ərsoy məhkəməyə çıxarıldı

25 Aprel 2017 18:51

Elnur Hüseynovun yeni klipində erotik səhnələr - VİDEO

25 Aprel 2017 18:49

Eks-prezidentdən tələbələrə MARAQLI TÖVSİYƏ

25 Aprel 2017 18:48

"Gürcüstan gimnastları Bakıya gəlməkdən hər zaman məmnundur" - FOTO

25 Aprel 2017 18:47

Milyarder oğlu Sərdarovun malikanəsindən yarım milyon dollarlıq OĞURLUQ - FOTO

25 Aprel 2017 18:42

Ordumuzun da istifadə etdiyi avtomobil partladıldı

25 Aprel 2017 18:38

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və təsərrüfat sahiblərinə xəbərdarlıq edib

25 Aprel 2017 18:37

Türkiyəli nazir Bakıya gəldi - FOTO

25 Aprel 2017 18:37

İnsan gözünə bənzəyən kamera hazırlandı

25 Aprel 2017 18:33

Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri

25 Aprel 2017 18:32

Rusiyalı "Kardaşyan" yandırıb-yaxdı

25 Aprel 2017 18:32

Türkiyədə silahlı basqın: 6 yaralı

25 Aprel 2017 18:27

Shamkir Chess 2017: V tura start verildi - FOTO

25 Aprel 2017 18:22

​İŞİD liderləri çılpaq yaxalandı

25 Aprel 2017 18:21

Bakıda evdən 6 min manatlıq qızıl oğurladılar

25 Aprel 2017 18:19

Məşhur aparıcı canlı yayımda infarkt keçirdi - VİDEO

25 Aprel 2017 18:17

Monteneqroda avtobus dayanacağında PARTLAYIŞ

25 Aprel 2017 18:17

FHN xüsusi taktiki təlim keçirdi

25 Aprel 2017 18:15

Donuz fermasından imtina edib, ilahi qadən gözəlliyinəı sitayiş edən vizajist - FOTOLAR

25 Aprel 2017 18:13

Zöhrə Ağamirova: "Marina Durundaya tezliklə sağalmağı arzu edirəm"

25 Aprel 2017 18:12

Mağazadan ərzaq oğurlayan 2 qardaş tutuldu – BAKIDA

25 Aprel 2017 18:09

“Ermənilər anlamalıdır ki...” - Qarabağ münaqişəsinin həlli üçün YENİ TƏKLİFLƏR

25 Aprel 2017 18:08

Təhsil Nazirliyi Kikboksinq Federasiyası ilə layihə həyata keçirir

25 Aprel 2017 18:07

AŞPA Türkiyə ilə bağlı sərt qərar verdi

25 Aprel 2017 18:06

"Azəriqaz" Bakını qazsız qoydu - Əhali əlacsız qalıb

25 Aprel 2017 18:05

Bakıda küçə ticarətinə qarşı REYD

25 Aprel 2017 18:05

Cəmil Quliyev: “Aylarla televiziyaya baxmayanlar onu tənqid edir” - MÜSAHİBƏ

25 Aprel 2017 18:03

Neft hasilatının azaldılması anlaşması minimum daha 1 il uzadılmalıdır

25 Aprel 2017 18:02

FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə təlim keçirdi - FOTO

25 Aprel 2017 17:58

Bakıda sehrli nağıl - Autizmli uşaqların moda gecəsi - FOTO

25 Aprel 2017 17:57

Avropa İttifaqı bu il iyunun 15-dən rouminqi ləğv edəcək

25 Aprel 2017 17:57

Məşqçi: "Dünya Kuboku amerikalı gimnastlar üçün çox vacib yarışdır" - FOTO

25 Aprel 2017 17:57

Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslər təltif edildi

25 Aprel 2017 17:55

AMEA: Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar istehsal edilir

25 Aprel 2017 17:52

Rayona işləməyə gedən müəlliməni oğurlayıb təcavüz etdilər

25 Aprel 2017 17:52

Donald Trampı Kosmosa "uçurdular"

25 Aprel 2017 17:49

Maşallah Əhmədov ziyanı ödəməyə hazırdır - MƏHKƏMƏ

25 Aprel 2017 17:48

Dilqəmin Lapşindən fərqi: Deputatlar Rusiya XİN-ə ETİRAZ ETDİLƏR

25 Aprel 2017 17:47

Facebook-da tanış olduğu qızı blokda zorladı: Şəkillərini çəkdi

25 Aprel 2017 17:47

İsa peyğəmbərin qəbri tapıldı?

25 Aprel 2017 17:44

Turşu suyunun FAYDALARI

25 Aprel 2017 17:43

Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif edildi

25 Aprel 2017 17:42