Dolları bahalaşdıran SƏBƏB

Dolları bahalaşdıran SƏBƏB
17:33 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ iqtisadiyyatı bu ilin üçüncü rübündə ixracat və ehtiyatların dəstəyilə inkişaf edib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı rəqəmlərdə ölkənin iqtisadiyyatının ikinci rübdə 1.4% böyüdüyü qeyd olunur. Üçüncü rübdə isə bu rəqəm 2.9% olub. Bu, da proqnozlardan yüksəkdir.

Qeyd edək ki, Bloomberg-in sorğusunda iştirak edən ekspertlərin gözləntiləri təxminən 2.6% ətrafında idi. ABŞ iqtisadiyyatının ən böyük hissəsini təşkil edən istehlakçı xərcləri isə 2.1% ilə gözləntilərdən aşağı artıb.

Bu məlumatdan sonra FED-in dekabr ayında faizləri artıracağı ehtimalını daha da artır. Dollar isə günbəgün bahalaşmaqdadır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/173899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR