Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jurnalistlər Sevinc Babayevanın oğlunun məhkəməsinə buraxılmayıb

Jurnalistlər Sevinc Babayevanın oğlunun məhkəməsinə buraxılmayıb

Date: 28 October 2016 17:37

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum, 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilir.
“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırda zərərçəkmiş Günay Məmmədovanın dindirilməsi davam etdirilir.
Məhkəmə prosesi açıq olsa da, jurnalistlər iclasa buraxılmayıb. Hakim bildirib ki, məhkəmə iclası qapalı keçirilir və buna görə də o, jurnalistlərin zaldan çıxmasına göstəriş verib. Lakin digər şəxslər zaldan çıxarılmayıb.
Hazırda məhkəmə iclası davam edir.
Qeyd edək ki, hadisə bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda baş verib. Rayonun Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra A.Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Tags:  Jurnalistlər Sevinc Babayevanın oğlunun məhkəməsinə buraxılmayıb

RƏYLƏR


Top news