Azərbaycan İntellektual Oyunlar Klubu “Parlaq Zəka” məktəbli çempionat layihəsinə start verir - FOTO

Azərbaycan İntellektual Oyunlar Klubu “Parlaq Zəka” məktəbli çempionat layihəsinə start verir - FOTO
17:52 28 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2016-cı il üçün 3-cü qrant müsabiqəsinin qalibi olan "Parlaq Zəka" məktəbli çempionatı layihəsi oktyabr ayından start götürür. Milli.Az bildirir ki, eyniadlı intellektual televiziya şousunun idman versiyası üzrə keçiriləcək layihədə Bakı şəhərinin indiyə kimi bu çempionatda iştirak etməmiş 4 rayonu iştirak edəcək. Nizami, Sabunçu, Suraxanı, Xəzər rayonları təmsil edəcək məktəblilər humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri üzrə yarışacaqlar.

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilati dəstəyi , Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən bu layihə gənclər arasında "Parlaq Zəka" intellektual hərakatın formalaşması və "Parlaq Zəka"nın milli humanitar olimpiada status adına tam layiq olmaqdır"-deyə klubun prezidenti Aydın Piriyev bildirib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR