Zirzəmi qurbanları ilə bağlı DİN-dən AÇIQLAMA

Zirzəmi qurbanları ilə bağlı DİN-dən AÇIQLAMA
17:53 28 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Emil Əmiraslanov adlı Bakı sakini, bir qrup fırıldaqçının əməlini üzə çıxardıb.

Emilin Bizimyol.info-ya verdiyi məlumata görə, onun tanışlarından biri fırıldaqçıların qurbanı olub.

Bakı sakini Emil Əmiraslanovun Bakıda Nizami metrosunun yaxınlığında binalardan birinin zirzəmisində yerləşən kafedə fırıldaqçlılıq qurbanı olanlarla bağlı sosial şəbəkədə faylaşdığı video geniş ictimai müzakirələrə səbəb olub. Həm videoda deyilənlər, həm də paylaşıma yazılan şərhlərdən aydın olur ki, belə halla qarşılaşanların sayı onlarladır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə yayılan məlumatla bağlı Publika.az-a açıqlamasında bildirib ki, yerindən asılı olmayaraq vətəndaş qarşılaşdığı kriminal halla bağlı ərazi üzrə polis bölməsi və “102” Xidmətinə məlumat verə bilər: “Vətəndaşın müraciəti əsasında polis müvafiq tədbir görəcək. Sosial şəbəkədə yayılan həmin videodan məlumatımız var. Faktla bağlı lazımı tədbirlər görüləcək”.

Qeyd edək ki, paylaşılan videoda bildirilir ki, oğlanlar həmin məkana internetdə tanış olduqları qızlar tərəfindən dəvət edilir. Bir içkidən sonra qız masadan qalxır və ofisiant 250-300 manat ödəniş edilməli olduğunu deyir. Həmin məkanda olan qəribə görünüşlü şəxslər, pulu verməyənləri döyürlər, işgəncələr verirlər.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR