Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

QHT Şurası Quba və Qəbələdə konfrans keçirib

QHT Şurası Quba və Qəbələdə konfrans keçirib

Date: 28 October 2016 17:54

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Quba və Qəbələ şəhərlərində QHT rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT layihələrinin hazırlanmasına həsr olunmuş konfranslar keçirib.

 

Lent.az-ın məlumatına görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov dövlətlə QHT-lər arasında mövcud olan əməkdaşlıq münasibətləri, dövlətin QHT sektoruna göstərdiyi dəstəyin əsas istiqamətləri və Şuranın bu istiqamətdə həyata keçirdiyi işlər haqqında ətraflı məruzə ilə çıxış edib. İcraçı direktor yeni dövrün çağırışlarına uyğun olaraq QHT-lərin ictimai sahədəki problemlər, onların alternativ həlli yolları və bununla bağlı QHT layihələrinin hazırlanması haqqında fikirlərini bildirib.

 

Konfranslar QHT nümayəndələrinin suallarının cavablandırılması ilə davam etdirilib.




Tags:  QHT Şurası Quba Qəbələdə konfrans keçirib


RƏYLƏR


Top news