Lavrov: “Suriyaya “Marşal planı” lazımdır”

Lavrov: “Suriyaya “Marşal planı” lazımdır”
18:08 28 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya, İran və Suriya xarici işlər nazirləri Suriya münaqişəsinin həlli üzrə Moskvada görüş keçiriblər.

Publika.az “RİA-Novosti” agentliyinə görə, görüşdən sonra mətbuata açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada “Marşal planı”na ehtiyac olduğunu söyləyib.

Lavrov Suriyada sülh danışıqlarından başqa alternativin olmadığını deyib.

İranın xarici işlər maziri Cavad Zərif İran-Rusiya əməkdaşlığına diqqət çəkib. O, iki ölkə arasındakı əməkdaşlığın Yaxın Şərqə sülh gətirəcəyini bildirib. Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim isə Hələbdə döyüşləri davam etdirəcəklərini və şəhəri alacaqlarını vurğulayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR