Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Kredit büroları haqqında” qanun layihəsi qəbul olundu

“Kredit büroları haqqında” qanun layihəsi qəbul olundu

Diqqət 00:45-ə: İLK BÖYÜK İMTAHAN (24 Mart 2017 21:18)
İrana qarşı sanksiyalara dair qanun layihəsi təqdim edilib (24 Mart 2017 08:57)
Konqresə yeni anti-İran layihəsi təqdim edildi (24 Mart 2017 02:48)

Tarix: 28 Oktyabr 2016 18:13

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kredit büroları haqqında” qanun layihəsi II və III oxunuşlarda qəbul olunub.

Publika.az xəbər verir ki, kredit bürolarının yaradılması maliyyə xidmətlərinə çıxışın genişləndirilməsinə xidmət edir.

Kredit büroları əvvəlki və potensial borcalanların tarixçəsi, ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən məlumat bazasının toplusudur. Büro kredit almaq istəyənin əvvəlki borcu, ödəmə qabiliyyəti ilə bağlı məlumatları özündə əks etdirəcək.

Qanun layihəsində qeyd olunur ki, kredit bürosu sorğunu aldığı gündən kredit hesabatını 3 iş günündən gec olmayaraq təqdim etməlidir. Kredit bürosunda xidmət haqqı büro ilə şirkət arasında bağlanan müqaqvilə əsasında tənzimlənəcək.

Vasif Həsənli


Teqlər:  Kredit büroları haqqında qanun layihəsi qəbul olundu



RƏYLƏR


Top xəbərlər