Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Konstitusiya itdi, etnik müharibə başlayır – “ASİYA BAHARI”

Konstitusiya itdi, etnik müharibə başlayır – “ASİYA BAHARI”

Date: 28 October 2016 18:23

Qırğızıstanda konstitusiyanın orijinalının itməsindən sonra yeni siyasi böhran yaranıb.

Publika.az
xəbər verir ki, parlamentdə koalisiya çoxluğu dağılıb. Oktyabrın 26-da isə prezident Almazbek Atambayev fərman imzalayaraq, Nazirlər Kabinetini istefaya göndərib. Bununla da dörd siyasi partiyanın qurduğu koalisiyanın dağılması rəsmiləşib.

Əslində hökumət daxilində qarşıdurma lap əvvəldən var idi. Konstitusiyanın orijinalının itməsi isə dağılma üçün bir növ bəhanə rolunu oynadı.

Hər şey iyulun sonunda Sosial-Demokrat Partiyasının (Atambayevin partiyası) parlamentdəki fraksiya lideri İsa Omurkulovun konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi təklifi ilə başlandı. Lakin konstitusiyaya dəyişikliyinə 2020-ci ilə qədər moratorium qoyulub.

Prezidentin nümayəndələri isə izah etdilər ki, konstitusiyanın yalnız bəzi maddələrinə dəyişiklik etmək olmaz, digərləri isə dəyişdirilə bilər. Müxalifət bunu prezidentin öz hakimiyyətinin ömrünü uzatması kimi qiymətləndirdi. Beləliklə, koalisiya arasında mübahisə düşdü, hətta siyasi mənzərə 2010-cu ildəki inqilabi vəziyyətə çatdı.

“Ata-Meken” partiyasından Konstitusiyanın atası hesab olunan Omurbek Tekebayev referenduma qarşı çıxdı. Digər deputatlar onu dəstəklədilər, hətta deputatlardan biri Venesiya Komissiyasına müraciət etməyi təklif etdi. Bu isə Atambayevi hiddətləndirdi. Avqustun 31-də Atambayev müstəqilliyin 25-ci ildönümü mərasimində çıxışı zamanı Tekebayevi sərt tənqid etdi.

Oktyabr ayında isə gülməli vəziyyət ortaya çıxdı. Məlum oldu ki, konstitusiyanın orijinalı yoxdur.

Prezidentin nümayəndəsi Moldakun Abdıldayevə təklif edildi ki, əsas qanunun orijinalını tapmaq üçün xüsusi komissiya yaradılsın. Bununla yanaşı, Ali Məhkəmə konstitusiyaya dəyişikliyin yolverilməz olduğu haqda qərar çıxartdı. Bundan sonra Atambayevin komandasının səbri partladı və hakim partiya koalisiyadan çıxdığını elan etdi.

Konstitusiya itdi, hökumət dağıldı - Atambayevin kabinetində nə baş verir?

Ötən həftə Qırğızıstan parlamentində referendum aktı ilə bağlı məsələ müzakirə olunarkən, bütün ölkə gözlənilməz hadisə ilə qarşılaşıb.



Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev bildirib ki, siyasi böhran Qırğızıstan üçün adi haldır: “Atambayevin vəziyyəti nəzarətə götürmək halı birinci dəfə deyil. Ehtimal ki, hakim partiya əvvəlcədən referendumun keçirilməsinə razı olan partiyalardan yeni koalisiya hazırlamaq ssenarisini hazırlayıb. Buna görə də hökuməti buraxmaq təşəbbüsü edirlər. Ehtimal ki, konstitusiya dəyişiklikləri layihəsinə bir sıra əlaqələr ediləcək. Onlardan biri parlamentə seçilmək üçün lazım olan faiz dərəcəsinin yüksəldilməsidir. Beləliklə, qanunverici orqana Atambayevin nəzarəti altında olan partiyalar düşə biləcəklər”.

Lakin ekspert hakim partiyanın müttəfiq ola biləcəyi partiyalarla bağlı da müəyyən problemlərin olduğunu deyib.

“Hakim partiya koalisiyaya “Respublika” partiyası ilə girə bilər. Belə olarsa, bu partiyanın lideri Omurbek Babanov avtomatik baş nazir olur. Lakin Babanovun nüfuzu prezidentin nüfuzundan yüksəkdir. Adi baş nazir olmaq onun maraqlarına uyğun deyil”, - deyə o bildirib.

Aleksandr Knyazev konstitusiya dəyişikliyi təşəbbüsünün hakimiyyətin özfəaliyyəti olduğuna diqqət çəkib. Qeyd edib ki, baş verənlər mənfi ssenarilər doğura bilər: “Regionda işləyən Qərb mərkəzləri hələ ki müxalifətə dəstək vermirlər. Onlar hadisələrin inkişafını izləyirlər. İstisna deyil ki, bu mərkəzlər hökuməti zəiflətmək üçün müxalifətə dəstəyi artıracaqlar. Hesab edirəm ki, qarşıdakı dövrdə etnik qarşıdurma başlaya bilər. Qərb mərkəzinin əsas resursları da etnik QHT-lərin dəstəklənməsinə yönəlib”.

“Din, hüquq, siyasət” analitik mərkəzinin direktoru Qədir Malikov hesab edir ki, hazırki böhranın kökü 2010-cu il münaqişələrinin həll edilməməsinə gedib çıxır.

“Atambayev və koalisiya üzvləri arasında münasibətlər çoxdan pisləşib. Əsas səbəb təkcə dövlətin idarə edilməsi ilə bağlı fikir ayrılığı yox, həm də şəxsi münasibətlərdir. Tərəflər açıq informasiya müharibəsinə keçib. Burada dövlət quruluşunun böhranı yox, siyasi sistemin böhranı var. Hökumətin dəyişməsi, koalisiyanın dağılması normal hadisədir. Lakin bu, dövlətin və cəmiyyətin fundamental institutlarına toxunmayana qədər belə olur. Qırğızıstanda isə vəziyyət fərqlidir. Hakimiyyət uğrunda yeni döyüşı burulğanı başlayır. Bütün dəyişikliklərə baxmayaraq, hakimiyyətdə eyni insanların qalması ayrı problemdir. Bir lətifədə deyildiyi kimi, “sirk getdi, klounlar qaldı”, - Malikov qeyd edib.

Rusiyalı politoloq Yuri Solozobov hesab edir ki, Qırğızıstanın siyasi sistemi neqativ seçimin qurbanıdır: “Buna görə də tezliklə dövlət quruluşunun yeni kataklizmi mümkündür. Vətəndaşların sosial rifahı davamlı şəkildə aşağı düşür, iqtisadi və siyasi problemlər artır. Bakiyevin dövründə rəhbərlikdə əsasən Şimal və Cənub qəbilələrin təmsil olunurdular. Bu kövrək balans idi. Bu gün isə siyasi elita çox qarışıqdır”.

Asif


Tags:  Konstitusiya itdi etnik müharibə başlayır ASİYA BAHARI

RƏYLƏR


Top news