Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi

Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi
18:27 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə 22-24 noyabr 2016-cı il tarixlərində Bakı Expo Mərkəzində, RecExpo II - Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi baş tutacaq.

10 MÜXTƏLİF ÖLKƏDƏN DAŞINMAZ ƏMLAK ŞİRKƏTLƏRİ BAKI EXPO MƏRKƏZİNDƏ BİR ARAYA GƏLİR

Milli.Az Trend-ə istinadən bildirir ki. Baku Expo Mərkəzində keçiriləcək RecExpo II Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır.

Sərgidə Azərbaycan, Tükiyə, B.ə.ə, Rusiya, ispaniya, Portuqaliya, Xorvatia, Macaristan, Gürcüstan və Şimali Kipr Türk Respublikasi kimi 10 müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. Azərbaycan daşinmaz əmlak sektorunun ən önəmli şirkətlərindən Baku White City, Xəyal Adası, Dreamland, AAF Park, AF Holding, Şərur İnşaat, Kristal Abşeron, Azinko və Yeni Həyat sərginin önəmli iştirakçılarındandır. Sərgi çərçivəsində 23 noyabr 2016-cı il tarixində "Daşınmaz əmlak sektorunda investisiyalar" mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.

REC EXPO II ƏMLAK ALICILARINA TƏKLİFLƏRİ VƏ FÜRSƏTLƏRİ MÜQAYİSƏ ETMƏK VƏ DƏYƏRLƏNDİRMƏK, SƏRFƏLİ VARİANTLARI SEÇMƏK İMKANI TƏKLİF EDİR

İştirakçı siyahısına daşınmaz əmlakı sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Sərgi həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq.

Azərbaycan, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı RecExpo II, Daşınmaz Əmak və İnvestisiya Sərgisi, iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək.

RecExpo II, Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin, ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Sərgidə beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır. Belə layihələrin eyni zamanda və bir platformada prezentasiyası əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır.

Sərgi, 22-24 Noyabr tarixləri arasında, 3 gün ərzində Bakı EXPO Mərkəzində ziyarətçilərini qarşılayacaq.

RECEXPO 2016

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgi

22 - 24 Noyabr 2016

Baku Ekspo Mərkəzi

Bakı / Azərbaycan

http://www.rec-expo.net/

info@rec-expo.net

advertising@elanexpo.net

+90 212 273 18 88

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az və Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/484221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR