Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Mərkəzi Britaniya Memarları Kral İnstitutunun beynəlxalq mükafatına namizəddir

Heydər Əliyev Mərkəzi Britaniya Memarları Kral İnstitutunun beynəlxalq mükafatına namizəddir

Date: 28 October 2016 18:28

Bakıdakı Heydər Əliyev Mərkəzinin binası Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects - RIBA) beynəlxalq mükafatına 6 namizəddən biri oldu.

Bu barədə Publika.az CNN telekanalının saytına istinadən məlumat verir.

Üslub baxımından bir-birindən fərqlənən 6 binadan ibarət siyahı RIBA-nın beynəlxalq mükafatının finalçıları elan olunub.

Siyahıya Azor adalarındakı (Portuqaliya) İncəsənət Mərkəzi, Meksikada muzey, Norveçdə Mülki Mərkəz, Peruda universitet və Fransada Birinci Dünya müharibəsi memorialı da var.

Bu 6 layihə 5 qitədə 30 memarlıq layihəsi arasından beynəlxalq mükafata namizəd kimi seçilib.

2016-cı ilin noyabrında mükafatın qalibi açıqlanacaq.


Tags:  Heydər Əliyev Mərkəzi Britaniya Memarları Kral İnstitutunun beynəlxalq mükafatına namizəddir

RƏYLƏR


Top news