Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Vine” bağlanır

“Vine” bağlanır

Date: 28 October 2016 18:31

“Twitter” şirkəti qısa videolar üçün nəzərdə tutulan “Vine” servisini bağlayacağını elan edib.

Axşam.az Technote-yə istinadən xəbr verir ki, yaxın bir neçə ay ərzində mobil tətbiq tamamilə söndürüləcək.

Hazırda servisin tətbiqini, veb saytını və servisdə olan videoları heç bir təhlükə gözləmir.

İstifadəçilər əvvəlki kimi servisə daxil olub öz qiymətli videolarını yükləyə bilərlər. İstifadəçilərin videoları izləyə bilmələri üçün “Vine”ın veb saytı hələki onlayn şəkildə qalacaq. Servisin tamamilə bağlanmasından öncə istifadəçilərə qabaqcadan xəbər veriləcək.

Qeyd edək ki, “Vine” servisi 2013-cü ildə işə salınıb.


Tags:  Vine bağlanır

RƏYLƏR


Top news