Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Gəncəbank"ın ləğvedicisi dəyişdi

"Gəncəbank"ın ləğvedicisi dəyişdi

Date: 28 October 2016 18:37

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Gəncəbank" ASC-nin ləğvedicisi "Azerbaijan International Consulting Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib. 

Milli.Az bildirir ki, Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə, qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Fondun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

Ləğv prosesində olan "Gəncəbank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

Milli.Az


Tags:  Gəncəbankın ləğvedicisi dəyişdi

RƏYLƏR


Top news